Keçid linkləri

Naxçıvanda vəzifəli şəxslər də döyülür


Bu günlərdə Naxçıvan sakini İsmayıl Hüseynovun başına gələnləri araşdırarkən növbəti dəfə belə bir dalana dirəndik

Bu günlərdə Naxçıvan sakini İsmayıl Hüseynovun başına gələnləri araşdırarkən növbəti dəfə belə bir dalana dirəndik

Jurnalist araşdırmalarının ən böyük çətinliyi rəsmi qurumların mövqeyini öyrənməkdir.

Bu problemin iki həlli var. Ya gərək məmurlara mövzuya aid olmayan elə sual verəsən ki, yağ kimi əriyib onların qəlbini qızdırsın. Təxminən belə, «millətin qayğıları ilə məşğul olarkən özünüzün şəxsi qayğılarına vaxt tapa bilirsnizmi?»

Ya da dolanbac yollarla gedib əlinə keçən faktları saf-çürük edəsən. Bu yol çox zaman dalana dirənən yoldur.

Bu günlərdə Naxçıvan sakini İsmayıl Hüseynovun başına gələnləri araşdırarkən növbəti dəfə belə bir dalana dirəndik. Naxçıvan polisinin rəsmi açıqlaması belə idi ki, əvvəla onlar İsmayıl Hüseynov adlı adam tanımırlar, ikincisi isə İsmayıl Hüseynov dəlidir.

Sonradan Naxçıvanın psixiatrik dispanserində izi itən İsmayıl Hüseynovun sorağı Bakının səhiyyə ocaqlarından gəldi. Lakin bütün sorğulara Bakıdan cavab verdilər ki, İsmayıl Hüseynov adlı pasient tanımırlar. Dirəndik dalana.

Gözlənilmədən köməyimizə Naxçıvanda dərc olunan «Şərqin qapısı» qəzeti gəldi. Bu qəzetin araşdırması təsdiq edir ki, İsmayıl
Hüseynov Bakıya ruhi xəstəxanaya göndərilibmiş.

Qəzet yazır: «2009-cu il yanvarın 3-də İsmayıl Hüseynov birinci həyat yoldaşından olan oğlu Fəxrəddin Hüseynovun ərizəsinə əsasən müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərinə aparılmışdır».

Naxçıvanlı həmkarlarımıza bu yardıma görə minnətdarlıq edirik.

«Şərq qapısı»nın digər vacib bir xəbərini də nəzərinizə çatdırmağı vacib bildik. Belə bir yanlış təsəvvür var ki, Naxçıvanda döyülmək monopoliyası yalnız tənqidi fikirlər söyləyən vətəndaşların əlindədir.

«Şərq qapısı» yazır ki, döyülmək məsələsində də Naxçıvanda demokratiya var, vəzifə sahibləri də sil-küt edilirlər.
Xəbərə diqqət edin.

«İsmayıl Hüseynov 2009-cu il 12 yanvar tarixində Sədərək rayon İcra hakimiyyətinin inzibati binasına gələrək İcra hakimiyyəti başçısının iş otağına daxil olmuş, yenidən ev tələbi ilə səs-küy salaraq İcra hakimiyyətinin başçısını əlindəki ağacla vurmuşdur».

Ay yazıq!!!

Şərhləri göstər

XS
SM
MD
LG