Keçid linkləri

Təcili xəbərlər

Dinə daha çox kim inanır: varlı, yoxsa kasıb?


İnsan varlandıqca dini yaddan çıxardır yoxsa əksinə, dini qırağa qoyanlar inkişaf edirlər?
İnsan varlandıqca dini yaddan çıxardır yoxsa əksinə, dini qırağa qoyanlar inkişaf edirlər?
«Gallup»ın sorğusuna görə, əhalisinin gəlirləri yuxarı olduqca, ölkənin dindarlığı bir o qədər aşağı olur.

Görəsən dinə nazir daha çox inanır, yoxsa pensiyasıyla güclə dolanan təqaüdçü?

«Gallup» sorğu mərkəzi maraqlı bir sorğu keçirib.

143 ölkədə aparılan sorğuya görə, əhalisi varlı olan ölkə, əhalisi kasıb olan ölkədən qat-qat az dindardır. Sorğuya görə, orta illik gəlir artdıqca dindarlıq azalır və əksinə.

Əhalisinin illik orta gəliri 25 min dollardan yuxarı olan ölkələrdə gündəlik həyatda dini vacib hesab edənlər 44 faizdirsə, illik gəlir 2 min dollardan aşağı olan ölkələrdə 92 faizdir.

İnsan varlandıqca dini yaddan çıxardır yoxsa əksinə, dini qırağa qoyanlar inkişaf edirlər?

Sosioloqların cavabı birmənalıdır. Onlar XIX əsrdə yaranmış nəzəriyyəni «Gallup»ın sorğusu ilə bir daha sübut olunmuş hesab edirlər ki, Allaha inanmaq hər bir insanın öz işidir, ancaq modernləşmək və varlanmaq üçün gündəlik həyatda dini qırağa qoymaq lazımdır.


Razısınızmı?


(Bu mövzu ətrafında müzakirələri həmçinin müəllifin bloqunda davam etdirə bilərsiniz)


Müəllif fikri
XS
SM
MD
LG