Keçid linkləri

“Artuş və Zaur”un sonunda hər iki sevgili özünü Qız Qalasından atır. Sən demə bu, Yerevanda homoseksulların real sonluğudur.
Son 3 ildə Yerevanın Kiyev körpüsündən azı 10 homoseksual özü ataraq öldürüb.

Psixoloq Davit Qalstyan başqa misallar çəkir: bir qadın biləndə ki, həyat yoldaşı homoseksual imiş, 3 uşağından imtina eləyib, onları aparıb uşaq evinə verib. Bir ata biləndə ki, oğlu qeydir, onu evdən qovub. İndi həmin yeniyetmə Yerevan küçələrində fahişəlik eləyir.

Bütün bunları Londonda qərarlaşan “Hərb və Sülh Xəbərləri İnstitutu” yazır.

Azərbaycanlı və erməni iki oğlanın - Zaur və Artuşun sevgisindən danışan kitab Ermənistanda qey problemini gündəliyə gətirib.

Siyasətçilər isə bu problemi həll eləmək əvəzinə qəlizləşdirirlər. Keçmiş deputat Emma Xudabaşyan təklif eləyir, qeyləri daşa basmaq lazımdır.

Ultra-millətçi qrup olan Erməni Aria Birliyinin sədri Armen Avetisyan isə hələ 3 il əvvəl 3 qəzetdə müraciət çap etdirmişdi ki, qeylərin hamısını ölkədən qovmaq lazımdır, “onların yeri Avropadır, çünki homoseksuallıq Avropa dəyəridir”.

Sözdə hökumət iş görür. Keçən dekabrda hökumət BMT-nin seksual orientasiya görə sıxışdırmanı qadağan edən bəyannaməsini qəbul elədi. Ancaq ictimai xadimlər, məsələn Xaçik Stamboltsyan dedi ki, “BMT sənədi dünyanı dağıtmaq istəyən masonların işidir”.

Psixoloq Qalstyan: “Özünü körpüdən atanlardan biri talantlı müğənni idi. O biri proqramçı. 3-cüsü əlaçı tələbə idi”. ...

İnsanlar özlərindən fərqli olanlara niyə dözümsüzdürlər? Necə bilirsiz?

Şərhləri göstər

XS
SM
MD
LG