Keçid linkləri

“Yəqin ki, referendumdan sonra manatın düşdüyünü görəcəyik”- bunu adının çəkilməsini istəməyən bir Qərb diplomatı Bakıda Röytersə deyib.

EKSPRESS-ŞƏRH

Azadlıq radiosu: Milli Bank, hökumət manatın məzənnəsini buraxa bilərmi?

Milli Məclisin İqtisadi Siyasət daimi Komissiyasının üzvü Vahid Əhmədov: Manatın məzənnəsini saxlamaq yaxşıdır, ancaq çox çətindir. Manatın məzənnəsini saxlamağa ayda 150-170 milyon dollar buraxılır. Bu da böyük vəsaitdir. Ola bilər, 2-3 aya, bəlkə də daha az vaxtda manatın məzənnəsi buraxılsın, ancaq birdən yox, yavaş-yavaş ki, əhaliyə ziyan dəyməsin.

Agentlik təhlilində yazır ki, may-iyun aylarında büdcəyə yenidən baxılması mümkündür. Çünki neftin qiymətlərinin düşməsi büdcə xərclərini yerinə yetirməyə imkan vermir. Büdcədə neftin barreli 70 dollardan götürülüb, indi isə neftin qiyməti 44 dollardır.

Neft fondunun da gəlirləri keçən il 15 milyard dollar idisə, bu ilə 10 milyard dollar planlaşdırılır, yenə də barreli həmin 70 dollardan. Neftin qiyməti indiki kimi qalsa, fonda bu il cəmi 7 milyard dollar gələcək.

XARICDƏKİ AZƏRBAYCANLILARIN EVƏ GÖNDƏRDİYİ PUL YÜZ MİLYONLARLA AZALACAQ

Rusiyanın bank statistikasına görə, keçən il Rusiyadakı azərbaycanlılar Azərbaycana 1 milyard dollar pul göndəriblər. Bu il bu pul 750 milyon dollara düşəcək.
Londondakı Eurasia Group təhlil mərkəzindən Ana Jelenkoviç: “Azərbaycan getdikcə daha çox çətinliklə üzləşəcək, ola bilsin bu il yox, gələn il. ”
.

Azərbaycanda iqtisadi canlanmanı tikinti sektoru təmin eləyirdi, indi tikintilərin böyük əksəriyyəti dayanıb. Azərbaycan bankları kredit vermirlər.

Yeri gəlmişkən, Röyters yazır ki, dünya maliyyə böhranının Azərbaycan banklarına Qazaxıstandakı kimi böyük zərbə vurmamasının səbəbi Azərbaycan bank sisteminin güclü , inkişaf etmiş olması yox, əksinə, yaxşı inkişaf etməməsidir, yəni dünya maliyyə sisteminə bir o qədər də inteqrasiya etməməsidir.

llham Əliyevin prezident olduğu ilk 5 ildə Azərbaycan iqtisadiyyatı ildə 21 faiz sürətilə artırdı, keçən il bu sürət 11 faizə düşdü, bu il isə 10 faizə düşəcək.

İQTİSADİ ÇƏTİNLİKLƏR SOSİAL NARAZILIĞA VƏ HAKİMİYYƏTƏ SINAĞA ÇEVRİLƏ BİLƏRMİ?

Röytersin təhlilinə görə, bu sual gündəlikdə yoxdur. Yüksək rütbəli bir Qərb diplomatı misal çəkir ki, Azərbaycanda korrupsiyadan narazılıq və qəzəb böyükdür, ancaq hakimiyyət orqanları bu narazılığı cilovda saxlamaqda çox effektli olduqlarını sübut eləyiblər.

Londonlu təhlilçi Jelenkoviç: “Azərbaycanda sabitlik getdikcə sual altına düşə bilər. Ancaq yaxın vaxtlarda yox. Çünki vəziyyət İlham Əliyevin həddən artıq nəzarətindədir.”

Şərhləri göstər

XS
SM
MD
LG