Keçid linkləri

Xeyli müddətdir dost olan azərbaycanlı Məhəmməd ilə türk Mehmetin çatlaşması son aylar getdikcə sərtləşərək aşağıdakı şəkil aldı:

Məhəmməd: Ermənistanla sərhəddi niyə açırsınız?

Mehmet: Əfəndim bir yandan Avrupa Birliği sıkıştırıyor, o biri yandan Amerikan Cumhurbaşkanı soykırımı tanıya bileceğini söylüyor. Bunu önlememiz için de Ermenistanla sınırı açmak zorundayız.

Məhəmməd: Axı bu halda bizi pis vəziyyətdə qoyacaqsınız? Gözləyin Dağlıq Qarabağ münaqişəsi həll olunsun, ondan sonra nə istəyərsiniz onu da edərsiniz?

Mehmet: Yahu biz daha ne kadar beklemeliyiz? Ermenistanla sınırı 1993 yılında Karabağın işkaline gore kapattık. Şimdi üzerinden 16 yıl geçmiş. Siz halen Karabağ sorununu çözemediniz. Siz sakin oturuyorsunuz, biz ise daima baskı altındayız.

Məhəmməd: Bəs «bir millət, iki dövlət» nə oldu?

Mehmet: Türk dilini Anayasanızdan çıkarttığınızda, Kıbrısa destek karşılığında millet vekilleriniz konuyla ilgili Strasburgdaki oturumu terk ettikte, Türkiyeye karşı vize uygulaması yaptıkta neden «bir millet iki devlet» prensipini hatırlamadınız?

Məhəmməd: Mövzunu qarışdırma! Sadaladıqların təhlükəsizlik maraqlarımıza toxunduğundan bu addımları atmışıq.

Mehmet: Şimdi sen kendi çıkarlarına gore karar vereceksin ve «bana tokunuyor» diyeceksen, ben ise kendi çıkarlarıma uygun karar verdikte «bunu yapma» söyleyeceksen. Allaş aşkına bu nasıl oluyor?

Məhəmməd: Bilmirəm, ancaq unutmayın ki, Ermənistanla sərhəddi açsanız bundan Türkiyə-Azərbaycan münasibətləri zərər görəcək.

Mehmet: Bizi şantaj mı ediyor sunuz?

Məhəmməd: Reallıq belədir!

Mehmet: Nasıl oluyor bu «reallıq»? Rusya Ermenistana 800 milyon dolar civarında silah veriyor, Moskovaya stratejik ortak diyorsunuz, Azerbaycanın gerçek strateji ortağı olan Türkiyeni ise müttefiklik listesinden çıkarabileceğinize işaret ediyor sunuz…

Məhəmməd: Rusiya ayrı, Türkiyə ayrı. Şimal qonşumuzun təhdid gücünü nəzərə almalıyıq.

Mehmet: Yahu adalet bunun neresinde? Ermenistanın askeri ortağı olan Rusyadan çekineceksen, korkacaksın, gerçek strateji ortağına ise arka çevireceğinle ilgili tehditte bulunacaksın.

Məhəmməd: Başa düş, Rusiya böyük dövlətdir, ona qarşı sərt siyasət yürütsək, problemlərlə üzləşərik. Axı siz özümüzünküsünüz, ona görə bizim də maraqları nəzərə alın!

Mehmet: İyi de anladım seni. Yani söylemek istediğin bu ki, Ermenistana silah veren Rusya Azerbaycanın strateji ortağı ola bilir, Ermenistanla sınırı açmak hakkında sadece düşünen Türkiyenin ise Azerbaycanla ortaklığı şüphe altına alına bilir, böyle mi?

Məhəmməd: Başa düş, qardaşlıq bir yana sizin bölgədəki maraqlarınızın təmsilçisi Azərbaycandır. Bizim hesabımıza sizə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru xətləriylə neft və qaz gəlir.

Mehmet: Yine mi şantaj? Türkiye olmasaydı, Azerbaycan petrol ve doğalgazını nereden taşıya bilirdi ki? Enerji taşımaçılığında Rusyaya tam bağlanmak istemiyordunuz, İran hattına da Amerika izin veremezdi, size sadece Türkiye uygun geliyordu. Şimdi Ermenistanla sınırı açarsak, Azerbaycan Bakü-Tiflis-Ceyhan ve ya Bakü-Tiflis-Erzurum boru hatlarından taşımaçılığı mı durduracak?

Məhəmməd: Yox e! Onu demək istəmirdim. Ay balam, niyə başa düşmək istəmirsən, sərhəd açıldıqdan sonra ermənilər rahat nəfəs alacaq, iqtisadi böhrandan qurtulacaqlar, onda da Qarabağı azad etmək maraqları heç olmayacaq!

Mehmet: Ermenistan kaç yıldır ekonomik sıkıntı içinde? Bu Karabağı işkalden kurtardı mı? O biri yandan İran Ermenistanı ekonomik sıkıntıdan kaç kez kurtardı? Bakü buna gore kaç kez Tahranı suçladı? Böyle bir şey oldu mu?

Məhəmməd: Yenə öz dediyini deyirsen

Mehmet:
Ayrı ne söylemeliyem ki?

Şərhləri göstər

XS
SM
MD
LG