Keçid linkləri

- Bir lətifə danış, gülək.

- Yaxşı, amma lətifəni tərsinə danışacağam, axırından başlayıb, əvvəlində bitirəcəyəm.

- Eybi yox, danış gəlsin.

- Onda, gərək əvvəlcə güləsən.

Aprelin biri zarafat günü sayılır. Kimi deyir bu ənənə Rum təqvimindən Milad təqviminə keçid zamanı may ayı ilə aprelin yerinin səhv düşməsi, kimi də Fransa kralı 9-cu Çarlzın yeni ilin qeyd olunmasına aid verdiyi fərmanla bağlıdır.

Səbəbindən asılı olmayaraq, təqvimin bu xassəsindən ən çox istifadə edən jurnalsitlər olub.

Bir dəfə qəzetdə oxumuşdum ki, Aleksander Blok real şəxsiyyət olmayıb, 3 müxtəlif şairin yaradıcılığının birləşdirilməsindən əmələ gələn mifik bir simadır. İnanmışdım.

1 aprel qurğusu. Belə bir müqəvvanı kamera qapısının üstündən asanda, gözlükdən içəri baxan adamın intihar səhnəsinə heç bir şübhəsi ola bilməzdi.
Sonra eyni rəvayəti Şekspir haqda oxuyanda təqvimə baxdım, aprelin 1-i idi. «Keçəl suya getməz». Necə deyərlər, məni bir dəfə aldatdınsa – ar olsun sənə. İkinci dəfə aldada bildinsə - ar olsun mənə.

İllərin birində aprelin birini türmə kamerasında, həbsdə idim. Bekarçılıqdan öz paltarımdan müqəvva düzəldib qapının ağzından asdım, intihar səhnəsi yaradaraq türmə nəzarətçilərini hürküdüb bir xeyli məzələnə bildim.

Bu gün Azərbaycanda zarafat etmək istəyirsənsə, çıx sadə adamların içinə, bircə sual ver «Necəsən?». Bu sualdan komik nə ola bilər ki…

Kimsə deyə bilər, bu komediya deyil, traqikomediadır. Olsun. «Hacı pivəsi» ifadəsinin vətəni olan Azərbaycanda traqikomediya janrına təəccüblənmək lazım deyil.

Mən builki zarafatımı ötən ilin 17 oktyabrında hazırlamışam. Həmin gün YAP-ın rəsmi səhifəsinin görüntüsünü saxlamışam.

Diqqətlə baxın, YAP-ın 17 oktyabr tarixli bir aprel zarafatını tapa bildinizmi?

Elə isə yazın.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG