Keçid linkləri

Təcili xəbərlər

Mardin qətliamı: Əşirət, cümhuriyyət, Avropa Birliyi


Bilgə kəndi
Bilgə kəndi
Türkiyənin cənubi-şərqində 4 adamın toy yerini basaraq çoxu uşaq və qadın olan 44 nəfəri qətlə yetirməsi sadəcə ölənlərin sayının çoxluğu baxımından bizə tanış deyil. Bu səpkili qətllər ölkənin kürd mənşəli vətəndaşlarının yaşadığı bölgələrdə tez-tez meydana gəlir.

Mardin vilayətinin Mazıdağı rayonuna bağlı Bilgə kəndində bazar gecəsi yaşanan «toy qətliamı» yenə və yenidən Türkiyənin Avropa Birliyi üzvlüyü yolundakı əşirət sistemini gündəliyə gətirdi. Hadisədən sonra bölgəyə gedən daxili işlər, ədliyyə və kürd mənşəli olduğuna görə bölgənin dilindən yaxşı anlayan kənd təsərrüfatı naziri «toy qətliamı»nı «terror hadisəsi» kimi xarakterizə etməyərək bununla təsəlli tapsalar da, bu qətliam patriarxal münasibətlərin səviyyəsini bir daha ortaya qoydu. Nədir bu patriarxal münasibətlər zənciri?

Bilgədəki «toy qətliamı»nın səbəbi daha əvvəllər bölgədə yaşanan kiçik miqyaslı cinayət hadisələrindən fərqlənmir - ərə gedən qızın bəylə deyil, başqası ilə evlənməsini istəyən, ancaq buna nail
Əşirət (Türkiyədə buna «Ağalıq» sistemi də deyirlər) daha çox patriarxal dəyərlər üzərində qurulan bir sistem olub, pozitiv hüququ yox, qədimdən gələn adət-ənənələrə söykənən cəzalandırma üsulunu tətbiq edir. Türkiyənin cənubi-şərq bölgələrində qan davaları və ya ailə məclisinin qərarı ilə icra edilən ölüm aksiyaları əşirət sistemini yaşadan önəmli faktorlardır.

Əşirətlərin liderləri cənubi-şərq bölgələrindəki seçkilərin həlledici adamlarıdır. Kürd əyalətlərində əşirətlərin hər biri ən azı 40-50 min nəfərdən ibarət olur.
ola bilməyən bir qrup toy yerinə basqın edərək 3 yaşlı uşağı belə güllə qabağına qoymaqdan çəkinməmişdir. Qadının demək olar ki, hər cür hüququnu rədd edən Türkiyənin cənubi-şərq bölgələrinin əşirət sistemi qəddarlığı və barışmazlığı ilə fərqlənir.

Müzakirələr prosesində Avropa Birliyini dəfələrlə heyrətə salan bu tipli qətliam mənzərələrinin dəyişəcəyinə dair heç bir işarənin görünməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Belə ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan kürd təmayüllü Demokratik Toplum Partiyası bu əşirət və ağalıq sisteminin dəyişdirilməsi üçün heç bir ciddi-cəhd göstərmir. Çünki cənubi-şərq bölgəsindən seçilən millət vəkillərinin əksəriyyəti əşirət sisteminin liderləridir. Bu durum bölgədə daha da güclənməyə çalışan iqtidardakı AKP-ni də deyəsən, həyəcanlandırmır. Çünki bölgədən seçilən AKP millət vəkillərinin əksəriyyəti əşirət ağalarının razılığı ilə Məclisin yolunu tuta biliblər.

Bir vaxtlar bölgədəki əşirətlərlə Süleyman Dəmirəl, Turqut Özal əməkdaşlıq edirdi, indi Tayyib Ərdoğan. İşin mahiyyətinin islahatlar tərəfində dəyişən heç nə yoxdur. Bakıya «Qızıl Kəbə» - deyən Şəhriyarın İran Azərbaycanını «Kənd gördüyün həmən taxta-tabaqdır» şəklində təqdim etməsi kimi. Bölgədə əşirət qaydalarının aradan qalxması üçün dəstəyi incəsənət adamlarından daha çox görürük, nəinki siyasətçilərdən. Bölgədə irəliləyiş əldə etmək üçün dəstəyini əsirgəməyən Avropa Birliyi fondları isə oranı təmsil edən siyasətçilərin əşirət sistemi ilə dinc yanaşı yaşamalarına anlam verə bilməyərək həvəsdən düşürlər. Mardin vilayətinin Bilgə kəndindəki «toy qətliamı» sadəcə həcminin böyüklüyünə görə diqqəti bu şəkildə cəlb etdi. Bölgədə patriarxal üsullar davam etdiyi müddətcə irili-xırdalı bu cür hadisələrin yaşanmayacağına dair təminat vermək çətindir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG