Keçid linkləri

Təcili xəbərlər

Tunelin sonunda zəif işıq...


Prezident Sarkisyan Azərbaycan ziyalıları ilə görüşür, Yerevan, 3 iyul 2009
Prezident Sarkisyan Azərbaycan ziyalıları ilə görüşür, Yerevan, 3 iyul 2009
Siyasət adamı həmişə qeyri-adi, bəzən də irrasional açıqlamaları ilə heyrətləndirir. Bu baxımdan Qarabağ problemi heç də istisnalıq təşkil etmir.

Azərbaycan ziyalıları ilə görüşdə Ermənistan prezidenti Serj Sarkisyanın Ağdamın onlara məxsus olmaması haqda bəyanatı sözün əsl mənasında təəccüblə qarşılandı. Düzdür, Ermənistan rəhbəri fikrinə müəyyən korrektə edərək daha sonra Dağlıq Qarabağın statusunun ilk növbədə müzakirə olunmasını desə də, hər halda işğal faktının azacıq da olsa etiraf edilməsi böyük maraq doğurdu.

Qarabağ probleminin 20 illik tarixində vaxtilə təkcə Levon Ter- Petrosyan analoji fikirlər səsləndirmişdi. Bu, həmin Levon Ter-Petrosyandır ki, indi müxalifətdə olduğu üçün Ermənistan rəhbərlərini Dağlıq Qarabağ problemində Ermənistanın maraqlarını yetərincə nəzərə almamaqda ittiham edir. Bu, bir daha onu göstərir ki, hətta Serj Sarkisyanın özü sülh müqaviləsi imzalamaq üçün kifayət qədər sərbəst deyil, bunun üçün onun imkanları xeyli məhduddur.

Amma o nəsə etmək, problemi çıxılmaz dalandan qurtarmaq istəyir. Türkiyəyə ilə müəyyən danışıqların aparılması, əlaqələrin normallaşdırılması üçün epizodik səylər, onun nəsə etmək istəyinin təzahürüdür. Amma hətta Ermənistan kimi dövlətdə 89 faizlik nəticə ilə seçkini udmurlar. Əhalinin kifayət qədər hissəsi Sarkisyanı müdafiə etmir. Bu, təkcə ölkədə aparılan siyasətlə bağlı deyil, burada psixoloji məqam da az rol oynamır. Məsələ bundadır ki, Ermənistandakı elita Qarabağdan ümummilli siyasətə transfer edən əyalət adamlarını bəyənmir və Sarkisyana da həmin əyalətin bir hissəsi kimi baxır.

Azərbaycanda analoji problem olmasa da digər problemlər mövcuddur. Burada kiçik bir siyasi ştrixi qeyd etmək yerinə düşər. Keçmiş prezident Heydər Əliyev bəzən özünün tam sərbəst qərar vermək iqtidarında olmadığını göstərmək üçün müxalifətin və cəmiyyətin rolunu qabardırdı. İndi isə tamamilə əks siyasət yürüdülür. İlham Əliyev mürəkkəb situasiyaları idarə etmək gücü olmadığından hər şeyi bəsitləşdirir. Məsələn, Ermənistanla saziş imzalayıb ancaq beş rayonu işğaldan azad etmək siyasətinə kim mane ola bilər? Tutaq ki, müxalifət, qeyri-hökumət təşkilatları, yazılı media və elektron informasiya vasitələri! Deməli, ilk növbədə onları sıradan çıxarmaq lazımdır! Və bu siyasət həyata keçirilir. Amma hələ ki Ermənistana güzəşt edilmir. Bəs bu, nə ilə bağlıdır? Sadəcə hakimiyyəti çəkindirən faktorlardan biri də tarix qarşısında məsuliyyət daşımamaq istəyidir. Ona görə də hakimiyyət prosesi uzatmaqla məşğuldur. Həm də indi ictimai təşəbbüslər zəif olsa da, kiçik qığılcımdan böyük etiraz yarana bilər.

Hələ ki vəziyyət idarə olunur. Hətta qeyri-hökumət təşkilatlarına Ermənistanla bağlı aksiya keçirməyə imkan verilmir... Vəziyyət belədir. İndi İlham Əliyev Serj Sarkisyanla özünün növbəti görüşünü keçirməyə hazırlaşır. Yeni nəsə baş verə bilərmi? Çətin məsələdir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG