Keçid linkləri

Təcili xəbərlər

Moskva göz yaşlarına inanmır


O, qeyd edib ki, daha Cənubi Osetiyanı və Abxaziyanı qaytara bilməyəcəyik
O, qeyd edib ki, daha Cənubi Osetiyanı və Abxaziyanı qaytara bilməyəcəyik
Məşhur bir filmdə səslənən bu fikrin siyasətdə özünə yer tapmasına adamın inanmağı belə gəlməzdi. Amma siyasət yeni-yeni ştamplarını yaratmaqdadır. İki-üç il bundan əvvəlki Saakaşvili ilə indiki arasında böyük fərq var. Onun təəssüflərlə dolu son bəyanatı və yaxud etirafı kifayət qədər maraq kəsb etməyə bilməz. Beləliklə, M.Saakaşvili nəyi etiraf edib?

O, qeyd edib ki, daha Cənubi Osetiyanı və Abxaziyanı qaytara bilməyəcəyik. NATO-ya gəldikdə isə Gürcüstan prezidenti bildirib ki, NATO-ya üzvlük məsələsi də qapanıb. Aydındır ki, hər iki bəyanat müxalifətin mövqelərini möhkəmləndirir.

Maraqlıdır ki, ikinci dəfə prezident seçilmək ərəfəsində Saakaşvili öz siyasətində Rusiya ilə bağlı əlaqələrdə səhvə yol verdiyini özü etiraf etmişdi. Söhbət əgər etirafdan gedirsə və bu açıq şəkildə səslənirsə deməli səhvlər aradan qalxmalıdır. Mixail Saakaşvili bunu etdimi? Təəssüf ki, yox!

Düzdür, burada Rusiyanın da rolu az olmayıb. Hakimiyyətə gəlişindən başlayaraq Rusiya onu, necə deyərlər xoşlamırdı. Amma onun MDB-nin toplantılarında görünməsi, bəzi problemlərə ifrat dərəcə də siyasi don geyindirməməsi Rusiyanı məcbur edirdi ona dözümlə yanaşılsın. Amma Saakaşvili uzun müddət təhlükəsizlik hüdudlarında qala bilmədi, Rusiyanın kobud hərbi və siyasi gücü ona müvazinətini saxlamağa imkan vermədi.

Amma bu, təkcə Saakaşvilinin günahıdırmı? Burada nəyəsə təhrik etmək məqsədi güdülmürdü ki? Bu suallara birmənalı cavab vermək çox çətindir.

Bəlkə də bu suallar heç yerli-dibli yoxdur? Bəlkə də əslində hər şey çox sadədir. ABŞ əvvəldən axıra qədər Gürcüstanın NATO-ya daxil olmasını təkid edirdi. Amma ziddiyyətli, qoca Avropa Rusiya ilə münasibətləri Saakaşviliyə görə korlamadı. Sanki Rusiyaya böyük bir poliqon bağışladılar, indi o, asanlıqla özünün korlanmış, istismar vaxtını bitirmiş silahlarını Cənubi Qafqazda paylaşdıra bilər. Nahaq yerə U.Çerçill demirdi ki, dünyada gücə qarşı ruslardan həssas millət yoxdur, onlar ancaq güclə hesablaşırlar.

Cənubi Qafqazda Rusiya indi istədiyini edə bilər. Gürcüstana gəldikdə isə yenə də Çerçillin bir ifadəsi yada düşür. O, yazırdı ki, özünün böyük oğullarına qarşı sayğısız münasibət böyük millətlər üçün xarakterikdir. Güman ki, bu fikrin şərhinə ehtiyac yoxdur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG