Keçid linkləri

David Çerni dünya tarixində ən çox müzakirə olunan heykəltəraşlardan biridir. Ona təmiz vicdanla dünyanın ən siyasi rəssamı adı da vermək olardı.

Çerninin yaratdığı hər yeni əsər mütləq siyasi qalmaqalla nəticələnir.

David Cerni deyir onun əsərləri insanlardakı stereotiplərin tənqidi kimi qiymətləndirilməlidir




ÇƏHRAYI RƏNGLİ SOVET TANKI

Ona ilk dəfə məşhurluq gətirən əl işini Çerni ən adi rəngsaz fırçasının köməyi ilə həyata keçirdi. 1991-ci ilin aprelində yuxudan oyanan Praqa sakinləri şəhərdəki sovet tank-abidəsini çəhrayı rəngə boyanmış gördülər. Məlum oldu ki, bu etiraz aksiyasının müəllifi David Çernidir. Moskvanın etirazlarından sonra Çernini xuliqanlığa görə həbs etdilər, tankı isə əvvəlki, hərbi-yaşıl rəngə boyadılar.

Sovet rəhbərliyindən çəkinən rəsmi Praqanın mövqeyi Çexoslovakiya parlamentinin müxalifət deputatlarını qəzəbləndirdi. Etiraz olaraq onlar da vedrə və fırça götürüb tankı yenə də cəhrayıya rənglədilər.

«AVROPA BİRLİYİ VƏ DEMOKRATİYA» TESTİNİN MÜƏLLİFİ

Sonuncu dəfə David Çerninin adı dünya mediasında bu ilin əvvəlində, Avropa Birliyində sədrlik növbəsi Cexiyaya çatanda hallandı. Onun bu hadisəyə həsr etdiyi «Entropa» mozaikasının yaratdığı qalmaqal az qala Avropa Birliyinin siyasi böhranına səbəb olacaqdı. Mozaikada David Çerni yetdiyi ölkəyə yetir, yetmədiyinə isə daş atırdı. Məsələn, Bolqarıstan ərazisi bu mozaikada tualet formasında əks olunurdu. Digər dövlətlərin də qismətinə az ironiya düşmürdü. Bundan qəzəblənən diplomatlar mozaikanın sökülməsinə nail oldular.

O zaman «Entropa»nın sökülməsi çoxlarını təəccübləndirdi. Bəs ifadə azadlığı, bəs demokratiya? - deyə avropalılar sual edirdilər.

Çexləri isə təəccübləndirən o oldu ki, hansı ağılla bu işi David Çerniyə həvalə ediblər.

Çexlərin şüurunda David Çerni və siyasi qalmaqal az qala sinonimdir.

Onları başa düşmək üçün Çex cəmiyyətini lərzəyə gətirən onlarla heykəllərdən birinə müraciət edək.


Praqanın mərkəzindəki Müqəddəs Vaslavın heykəli 1912-ci ildə ucadılıb, bu şəhəri ziyarət edən hər bir turist mütləq heykəlin qarşısında foto çəkdirir. Lakin heç də hamısı bilmir ki, meydandan cəmi 300 metr aralıda heykəli bir başqa variantı var




MİLLİ QƏHRƏMAN ÖLÜ ATIN ÜSTÜNDƏ

1999-cu ildə David Çerni özünün növbəti məsxərə obyekti kimi Çexlərin tarixi qəhrəmanı sayılan Müqəddəs Vaslavlı seçdi. Müqaisə üçün deyək ki, Çexiyada Vaslava rişxənd etmək Azərbaycanda Şah İsmayıl Xətaini ələ salmağa bənzəyir.

Həm katoliklərin, həm də pravoslavların müqəddəs saydığı knyaz Vaslav 10-cu əsrdə Çexiyada xristianlığın qəbul edilməsində əsas rol oynayıb. Sonradan çexlərin milli özünüdərkinin simvolu olub. 1912-ci ildə Praqanın mərkəzi küçəsinə onun adı verilib, küçədəki meydanda isə onun əzəmətli heykəli ucaldılıb.

Bu abidənin yeni formasını hazırlayan David Çerni çexlərin «Ulu öndərini» ölü atın qarnı üstünə otuzdurur. Hazırda həmin heykəl «Lucerna» kinoteatrının foyesində asılıb. Bu heykələ baxıb, özünü dindarların yerinə qoyanda fikirləşirsən ki, əgər «ifadə azadlığı» üzrə dünya birinciliyi keçirilsəydi çexlər mütləq qızıl medal alardılar.


Bu heykələ baxanda və özünü dindarların yerinə qoyanda düşünrsən ki, ifadə azadlığı üzrə dünya çempionatı keçirilsəydi, qızıl medalı çexlər alardı




Sizcə David Çerni Azərbaycanda yaşasaydı kimi məsxərəyə qoyardı, Xətaini, Babəki, yoxsa Heydər Əliyevi? Və birdə, sizcə «Davud Qarayevin» aqibəti necə olardı?

Şərhləri göstər

XS
SM
MD
LG