Keçid linkləri

Yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının iclası oldu. Bu iclasda MSK seçkiləriə, Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadə isə MSK-ya yekun vurdular.

Seçkilərlə hər şey aydın idi, onun yekununu MSK sədri hələ seçkilər başlamazdan əvvəl vurmuşdu.

Bu iclasın yekununun yekunu daha maraqlı alındı. Aydın müəllim cibindən Roma talantına bənzər bir metal sikkə çıxarıb təntənə ilə MSK sədri Məzahir Pənahova təqdim etdi.

Məlum oldu ki, bu metal külçəsi pul deyil, 1937-ci il SSRİ Ali Sovetinə seçkiləri zamanı istifadə olunan məntəqə seçki komissiyasının möhürüdür.

Aydın müəllim elan etdi. (Onun çıxışını burada dinlə)

PARDON, ÜZR İSTƏYİRİK! Yuxarıdakı audionun bu yazıya heç bir aidiyyatı yoxdur. Yol verdiyi xətaya görə səs texnikimiz Kar Kazım ciddi cəzalanacaq.

Beləliklə, Aydün müəllim «Bu, mənim kolleksiyamda çox qiymətli bir eksponatdır. Mən hesab etdim ki, onu təyinatı üzrə - Mərkəzi Seçki Komissiyasına vermək lazımdır» - deyib möhürü Məzahir Pənahova bəxş etdi. MSK sədri də kövrəlib bu simvolik əhəmiyyət daşıyan hədiyyənin MSK tarixinin araşdırılmasında yeni şaxə açacağını dedi. Onun sözlərinə görə, bu təşkilatın tarixi onsuz da araşdırılırdı, amma indi məlum olub ki, təkcə yazılı mənbələri deyil, həm də əyani vəsaitləri axtarmaq olar.

YAP üzvlərinin tarixin Heydər Əliyevdən əvvəlki dövrünə səyahəti təqdirə layiqdir. Amma, 1937-ci ilin nə dərəcədə günümüzlə səslənməsi bir qədər şübhə yaradır. Doğrudur, həmin illərdə də elan olunurdu ki, iqtisadiyyat böyük sürətlə inkişaf edir, hər yerdə məktəblər tikilir, KEÇİD DÖVRÜ başa çatıb. Amma hər halda, zəmanə tamam fəqli idi.

Məsələn, o vaxtlar seçki şikayətlərini MSK deyil, Lavrenti Beriya araşdırırdı.

Odur ki, bu gün Məzahir Pənahova sovet seçki möhürünü bağışlamaq, məncə, yersiz görünür.

Bu təxminən ona bənzəyir ki, İlham Əliyevə Stalinin qalyanını bağışlayasan. Axı hamı bilir ki, Azərbaycan prezidenti çəkən deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG