Keçid linkləri

Çoxdandı məndə belə bir təəssürat yaranıb ki, yanvar ayı yalnız bir gündən ibarətdir. Yəni, təkcə 20-ci günü mövcuddur bu ayın. Ondan əvvəlki 19 və sonrakı 11 gün əslində yanvara aid deyil. Onlar ya dekabrın qalığı və fevralın artığı, ya da nə vaxtsa mövcud olmuş daha iki ayın yanvara ilişib qalan günləridir.

Elə bil ki, 90-cı ilə qədər heç yanvarın 20-ci günü –yəni, yanvar ayı özü də olmayıb. 1990-cı ildə ilk dəfə bu ay 20-ci günü ilə peyda olub və o vaxtdan da təkrarlanmaqdadır.

Ayrıca tarixi, heykəli və gülü olan bu günün hələ ki, layiqli haqqını almayan öz qəhrəmanları və günahkarları da var.

Bu gün səhərdən günortayadak nəqliyyat pulsuz işləyir. 12-ci saatının tamamında ölkədə 1 dəqiqə hər şey yerində donub qalır.

Bütün günü hamı ondan danışır. Televizorlar onu göstərir.

Bu, nə rəsmi iş, nə də rəsmi istirahət günüdür. Nə bayram, nə də matəm günü sayılır. Bu yeganə gündür ki, Azərbaycan xalqı öz ailəsinin əlindən tutaraq sıraya düzülüb səhərdən axşamacan üzü bir istiqamətə gedir.

Bu yaxşı gündür.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG