Keçid linkləri

Təcili xəbərlər

Ekstrasens Zirəddin… Füzuli…Sabir…Nurçular…


Bu yaxınlarda Rusiyadakı məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayevin bir fikrini gördüm.

O, pozitiv düşüncəyə çağıraraq deyir ki, məsələn, Füzuli həmişə şikayət edirdi, ona görə həyatı ağır oldu.

Mənə maraqlı gələni odur ki, bu fikir bir böyük problemə toxunur. Ola bilər, bizim nəticə dediyimiz çox vaxt əslində səbəbdir. Səbəb isə nəticə.

Azərbaycanda jurnalist və ya oxucu yazılarının bir sitatgahı var - o da Sabirdir.

Bir məmur zəhmətkeşə yuxarıdan aşağı baxanda, deyirlər, rəhmətlik Sabir gözəl deyib, «fəhlə, sən də özünü insanmı sanırsan» və s. və i.a.

Bəlkə tərsinədir?

İbtidai məktəbdən 7-8 yaşlı uşağın bərkiməmiş şüurunun altına da, içinə də həkk edirik ki, «adamı adam edən paradır», sonra da o uşaq böyüyüb, nəyi varsa pula satanda, deyirik ki, Sabir gözəl deyib: ....

...Sumqayıtda 80 nurçunun həbsinə polisdən bir ağlabatan izah eşidən oldumu?

Mənim izahım var: ... «Harda müsəlman görürəm , qorxuram».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG