Keçid linkləri

«Birinci pərdədə divarda asılan tüfəng sonuncu pərdədə mütləq atəş açacaq»


Onda da sual yaranacaq: Bəs ölkəni hərbi təcavüzdən kim qoruyacaq?

Onda da sual yaranacaq: Bəs ölkəni hərbi təcavüzdən kim qoruyacaq?

Azərbaycan ordusunda növbəti dəfə qanlı faciə baş verdi.

Qanlı nəticəni kənara qoysaq, mahiyyətcə orduda baş verənlər Azərbaycanda baş verən hüquq pozuntularından elə də fərqlənmir. Mülki cəmiyyətdən yeganə fərq ondadır ki, hüququ pozulanlar silah gəzdirir.

Burada Çexovun məşhur kəlamını yada düşür: «Birinci pərdədə divarda asılan tüfəng sonuncu pərdədə mütləq atəş açacaq».

Amerikaya təzə köçən immiqrantların əksəriyyətini daim bir məsələ təəccübləndirir: Necə olur ki, qanunun aliliyi gözlənilən bir ölkədə hər vətəndaşın silah saxlamaq hüququ var?

Hüquqi izah aydındır. Amerika konstitusiyasına edilmiş ikinci əlavə vətəndaşlara silah saxlamaq hüququ verir. Silah saxlamaq hüququ vətəndaşların siyasi azadlıqlarının qorunması məqsədinə xidmət edir.

ABŞ Konstitusiyasının birinci əlavəsi söz azadlığı haqqındadırsa, ikinci əlavə silah saxlamaq azadlığını əks etdirir. Bir növ, ABŞ-ın əsasını qoyanlar respublikanın yaşaması üçün silah saxlamaq hüququnu söz azadlığından sonra ən vacib hüquq sayırlar.

Hüquqi izahatla iş bitmir. Zaman-zaman həyatından bezmiş birisi günahsız insanları güllələyəndə, Amerikada qızğın mübahisələr düşür: Bu silah hüququ köhnəlməyibmi? Bəlkə bu hüququ məhdudlaşdıraq?

Yuxarıda verilən sualları bir azərbaycanlı tələbə Amerika universitetlərinin birində səsləndirmişdi. Professor ona cavab verməmişdi. Amma amerikalı tələbələrdən biri azərbaycanlı tələbəyə təqribən belə cavab vermişdi ki, Stalin dövrünün repressiyaları Amerikada mümkün olmazdı, çünki burada az qala hər evdə bir silah var.

Tələbə müzakirələridir. Bir elə dərinliyi ilə seçilmir. Amma bütün mürəkkəblikləri təmizləsək, ortada qalan çiy məntiq budur.

Təkcə son bir neçə ay ərzində Azərbaycan mətbuatının yazdıqlarını izləsək görərik ki, neçə adam intihara cəhd edib, iri bir kənddə (Bənənyar) insanlar qocalı-cavanlı, kişili-qadınlı döyülüb. İndi bir anlığa təsəvvür edin ki, bütün bu ssenarilərdə hüququ pozulanların əlində silah var. Əlbəttə, belə bir fərziyyəni yoxlamaq üçün gərək, ehtimal nəzəriyyəsi ilə psixologiya arasında araşdırma aparasan. Amma elmlər arasında Məntiq deyilən birisi də var axı...

Azərbaycan ordusunda baş verənlər Azərbaycanda ümumən baş verənlərin əksidir.

Sadəcə, əsgərlərin silahı var. Azərbaycan hökuməti ordudakı problemləri həll etmək istəyirsə, iki yoldan birini seçməlidir:

- Ya cəmiyyətdə, o cümlədən orduda normal qayda-qanunu bərpa etməlidir ki, insanlar pozulan hüquqlarının müdafiəsi üçün adekvat və işlək instansiyalara müraciət edə bilsinlər,

- Ya da gərək orduda əsgərlərin əlindəki silahlar yığışdırılsın.

Onda da sual yaranacaq: Bəs ölkəni hərbi təcavüzdən kim qoruyacaq?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG