Keçid linkləri

«Qış bulvarı», ya «Şəhər parkı» - adın nə fərqi var?


Bəzi tarixi binalar uçurulma təhlükəsi qarşısındadır

Bəzi tarixi binalar uçurulma təhlükəsi qarşısındadır

Bakı şəhər İcra Hakimiyyəti, axır ki, Heydər Əliyev adına Sarayla Milli Dram Teatrı arasındakı sahədə salınması nəzərdə tutulan parkla bağlı açıqlama verib (APA).

BŞİH-in mətbuat xidməti bildirir ki, bəzi mətbuat orqanlarında tez-tez bu sahədə «Qış bulvarı»nın tikiləcəyi ilə bağlı yanlış məlumatlar dərc olunur: «Bu mənbəyi məlum olmayan məlumata aydınlıq gətirərək bildiririk ki, həmin ərazidə naməlum «Qış bulvarı» deyil, Bakı şəhərinin Baş planına uyğun olaraq şəhərimizin daha da gözəlləşməsi və şəhər sakinlərinin istirahətinin yaxşılaşdırılması məqsədilə müasir, gözəl şəhər parkının salınması nəzərdə tutulur!».

Vəssalam? Elə bu?

Bəs ərazinin incidilmiş sakinləri? Buradan-ora, oradan-bura qovulanlar? Saatlarla polis məntəqəsində saxlanılan qadınlar?

35 kv.m mənzilinə cəmi 50-52 min manat kompensasiya verilən böyük ailə sahibləri?

Evsiz-eşiksiz qalma təhlükəsi altında olanlar?

Bəs uçurulmuş və uçurulmaqda olan binalar?

Bəs Şəmsi Bədəlbəyli-21-də qərar tutmuş 100 yaşlı gözəl bina?

Artıq uçurulmuş «Terentyevin spirt zavodu» deyilən tikili?

Füzuli-58-də hələ də yaşayış davam edən tarixi bina?

O ətrafda olan tarixi komplekslər? Fon-Der Nonnenin, Zivər bəyin ucaltdığı binalar?
Bunlar necə olacaq?

Orada salınacaq parkın «Qış bulvarı», ya «Şəhər parkı» adlandırılmasının bu binalara və adamlara nə dəxli var?

«Mənbəyi məlum olmayan» məlumatlar nədən doğur? Jurnalistlərin belə yazılar yazmasına kim şərait yaradır? Məlumatsızlıq mühiti, həmişə susan telefonlar, bağlı qapılar, deyilmi?

Lütfən, açıqlama verərkən məsələnin məğzini açmağa çalışın.

Lütfən, deyin görək, «Qış bulvarı»nın «müasir şəhər parkı» ilə əvəzlənməsi Ş.Bədəlbəyli-21-dəki Ağa Rəhim Məlikovun binasını məhv olmaq təhlükəsindən qurtara biləcəkmi?

Yoxsa, o məşhur mahnının sözü olmasın, adın nə fərqi var ki?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG