Keçid linkləri

Təcili xəbərlər

Türkiyə universitetlərinə sənəd qəbulu aprelin 5-dən başlayır


2010-2011-ci tədris ili üçün Türkiyə universitetlərinə qəbul olunmaq istəyən abituriyentlər aprelin 5-dən 17-dək Sənəd Qəbulu Komissiyalarına sənədlərini təqdim etməli vahid ərizə formasını doldurmalıdırlar. İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər 22-24 aprel 2010-cu il tarixlərində ərizə verdikləri Sənəd Qəbulu Komissiyalarına müraciət etməlidirlər. İmtahana buraxılış vərəqəsini almayan abituriyentlər imtahana buraxılmayacaqlar. İmtahan 2010-cu il aprel ayının 25-də test üsulu ilə keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, Türkiyə universitetlərinə sənəd qəbulu Bakı və Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Quba və Şirvan şəhərindəki TQDK-nın regional bölmələrində aparılacaq.

Müsabiqə Türkiyə Respublikası Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılacaq. Müsabiqədən keçən abituriyentlər Türkiyə Respublikasında bir tədris ili müddətində «Türkcə Öyrətim Mərkəzləri»ndə türk dili hazırlıq kursunu keçəcəklər. Əlavə olaraq türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaq.
XS
SM
MD
LG