Keçid linkləri

Təcili xəbərlər

«QEYRİ-ƏNƏNƏVİ TƏRİQƏTLƏR» DEYİMİ NƏDƏN DÜZ DEYİL


Niyazi Mehdi
Niyazi Mehdi
Bu günlərdə Qadın Konsensus Mərkəzinin «qeyri-ənənəvi təriqətlərlə» bağlı düzənlədiyi «Dəyirmi Masada» çıxış edəndən sonra düşündüm ki, bəzi düşüncələri daha böyük auditoriyada bölüşməliyəm.

Deyəsən, «qeyri-ənənəvi din və ya təriqət» deyimi «qeyri-ənənəvi seksual oriyentiri olanlar» deyimi biçimində yaradılıb və məqsəd də bu olub ki, ikinci deyimin oyatdığı pis duyğular birinciyə də keçsin. Yəni adamlar yeni təriqətləri seksual azlıqlara tayı saysınlar. Ancaq «qeyri-ənənəvi din və ya təriqət» deyimi müəyyən sorular oyadır: kim deyir ki, ənənələr, gələnəklər həmişə və hər yöndən yaxşıdır. İyrənc gələnəkləri o qədər görmüşük ki! Və onlardan əsəbləşən çağdaşlarımız «qeyri-ənənəvi» sözünü eşidəndə «nə yaxşı!» deyirlər. Modernizm gələnəksələ qarşı qoyulduğu üçün yaxşı sayılmırmı?!

«QEYRİ-ƏNƏNƏVİ» OLANLAR GƏNC OLMAYA DA BİLƏR

Zamanında Xristianlıq də qeyri-ənənəvi olub. «Modern» - əski latınca «modo» sözündəndir, anlamı «həmən indicə»dir. V yüzildə bu kəlmə «Modernus» şəklində Xristian dünyasını Romanın poqançılıq, müşriklik çağından ayırmaq üçün işlədilmişdi. Deməli, həm Yerusəlimdə, həm də Romada Xristianlıq tam qeyri-ənənəvi din kimi qavranılırdı.

İslam həzrət Adəmi ilk müsəlman kimi tanımlasa da, «Quran-Kərim» Tövrat və İncillərlə tez-tez baxışsa da, yəhudi və xristianlar üçün qeyri-ənənəvi
«Quran-Kərim» Tövrat və İncillərlə tez-tez baxışsa da, yəhudi və xristianlar üçün qeyri-ənənəvi idi
idi.

Mənə qalanda, dini buyruq və təriqət fərqləri kimi verilənləri dəyərləndirmək üçün Allaha da, insana da xoş olan bir ölçünün olduğuna inanıram: İnsan Haqlarını pozanlar və pozmayanlar. Əgər mən gələnəksəl dində oluban İslamın göstərişini İnsan Haqqını pozaraq yerinə yetirirəmsə, buna pis baxanlara tam əsas verirəm. Yaxınlarda xəbər yayıldı ki, İranda kişilərə beş-altı tipdə saç saxlamaq variantları hazırlanıb və indi mədəniyyət Nazirliyinin bəyənməsini gözləyirlər. Yəqin bunu edirlər ki, oğlanları yeni dəbdə saç saxlamağa qoymasınlar.

Bu, insanın özünü bildirmək haqqının pozulması deyil, nədir?! Eləcə də öldürsəniz də deyə bilmərəm ki, 18 yaşlı qızını parancada, yəni tam örtük altında gəzməyə zorunlayan ataya cərimə qoyan qanun Anti-islamçı qanundur.

BƏS ONDA HİCAB HAQQINDA QURAN BUYRUĞU NƏ OLSUN?

Mən Nəriman Qasımoğlunu parlaq İslam intellektualı sayıram (ancaq bu, Hacı İlqarı da belə saymağıma mane olmur). O, Quranı dilimizə çevirib, imanlı adamdır və eyni zamanda bu imanı ilginc bir ağılla və dini türkcə birləşdirə bilib. Bax, bu adam bəndənizin düzənlədiyi bir dinləmədə göstərmişdi ki, Müqəddəs Oxuda «hicab» sözünün müsəlman ölkələrində nəzərdə tutulduğu kimi geyim tərzinə aidiyyatı yoxdur. Bu söz müqəddəs Oxuda 7 ayədə keçir və o, 7 ayənin heç birində baş örtüyünü və ya hansısa başqa bir geyimi bildirmir.

Müqəddəs Oxuda «hicab» sözünün müsəlman ölkələrində nəzərdə tutulduğu kimi geyim tərzinə aidiyyatı yoxdur
Hicabla bağlı sübut alternativlərini gətirməyəcəm. Sadəcə, göstərmək istəyirəm ki, İslam ayələrinin ən gözlənməz ağıllı yozumları var.

TƏRİQƏTLƏR


Azərbaycanlı qarşısında təriqətlərə necə yanaşmanın dürlü variantları sərgilənib:

(a) onlardan biri düzdür, o biriləri yox (bəs, arqument nədir?);
(b) onlardan ənənəvi olanlara dözmək olar, qeyri ənənəvilərə isə yox.

Bəlkə bu bölgüdən insana yaraşanı o düşüncədir ki, bütün təriqətlər İslamın zənginliyidir?! Kino, musiqi, balet incəsənətin zənginliyi olduğu kimi. Platonizm, Peripatetizm, İşraqilik, Əşarizm fəlsəfənin zənginliyi olduğu kimi.

Əgər bu ideyadan sonra uşaqlara, insan bədəninə, insan ləyaqətinə zülm edən təriqətləri seçib pisləmək vəzifəsi gəlirsə, ən doğrusu o olmazmı ki, İnsan Haqlarını pozanları göstərmək?

Mən İslamla çoxdan məşğul olsam da «Müvahidun» deyilən Vahabizmi yaxşı bilmirəm. Ancaq mütəxəssislərin (məsələn, V.Belyayevin) söylədikləri kimi doğrudan da vahabilər özlərindən olmayan İslam insanını müsəlman saymırsa, onun malını halal edirsə, 1801-ci ildə Kərbəlada 5 min şiəni qırıblarsa, Kəbənin daşını sındırıblarsa, bu Vahabizmi və ya onun bu qolunu İnsan Haqlarına qəsd saymaq olar. Məsələni belə qoyandan sonra hansısa təriqətin hansısa prinsipinin İnsan Haqqına qorxusunu sübut etməyin uzun yolu gəlir.
XS
SM
MD
LG