Keçid linkləri

Təcili xəbərlər

Bu il Azərbaycanda ilk dəfə 7 abituriyent 700 bal toplayıb


Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə testlə keçirildiyi 1992-ci ildən indiyədək olan müddətdə ilk dəfə olaraq, bu il 7 nəfər abituriyent 700 bal toplayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, 700 bal toplayanların ikisi I, ikisi II, üçü IV ixtisas qrup üzrə sənəd verənlərdir. Bu il III ixtisas qrupu üzrə maksimal nəticə göstərən olmayıb.

E. Nağızadə deyib ki, qəbul imtahanlarında ilk dəfə 700 bal 2008-ci ildə toplanılıb.

Həmin ilki qəbul imtahanlarında 6 nəfər mümkün olan ən yüksək nəticəni əldə edib.

Ötən ilki imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilib. /APA/
XS
SM
MD
LG