Keçid linkləri

Təcili xəbərlər

Hakimiyyətə vəkillik edən «müxalifət» partiyaları


Bir ya da iki mandatla parlamentdə təmsil olunan bu partiyalar məhz bu mandatlara görə öz təbliğatlarını deyil, YAP-ın təbliğatını aparırlar
Bir ya da iki mandatla parlamentdə təmsil olunan bu partiyalar məhz bu mandatlara görə öz təbliğatlarını deyil, YAP-ın təbliğatını aparırlar
Seçki ili həmişə ümidli olur. Başqa vaxt ölkədəki siyasi şəraitin mübarizə üçün tamam əlverişsiz olduğunu iddia edən müxalifət belə bu dövrlərdə bir qayda olaraq fəallaşır, azacıq da olsa, siyasi proseslərə təsir etməyə, nəyisə heç olmasa, ictimai müzakirəyə çıxarmağa cəhd edir. Təəssüf ki, bu hal heç də bütün müxalifətə aid deyil, elə bu səbəbdən müxalifət kəlməsini özündən asılı olmayaraq ehtiyatla deməli olursan.

Bizdən kənarlarda hər şey olduqca sadədir – hər yerdə, hətta parlamentdə təmsil olunub – olmamasından asılı olmayaraq hökumətin formalaşmasında iştirak etməyən bütün partiyaları bir qayda olaraq müxalifət partiyaları adlandırırlar. Azərbaycanda isə situasiya tamam fərqlidir – hakimiyyətdən iki deputat mandatı «qoparmış» partiyalar özlərini müxalifət partiyası adlandırsalar da, onların siyasi davranışı və fəaliyyəti ən təcrübəli politoloqları belə çaşdırmaq gücündədir. Söhbət nədən gedir?

HAKİMİYYƏTƏ VƏKİLLİK EDƏN PARTİYALAR

Hər şeydə olduğu kimi siyasətdə də bir məntiq olur. Partiyalar adətən biri – birini o vaxt müdafiə və təbliğ edir ki, onlar ya bir seçki blokunda olurlar, ya da
Onların siyasi fəaliyyəti bir qayda olaraq radikal müxalifəti «ifşa» etməkdən ibarət olur, prezident seçkisi vaxtı hamısı bir nəfər kimi «onsuz da seçilməyəcəklərini, sadəcə seçicilərini İlham Əliyevə səs verməyə çağırmaq üçün seçkiyə qatıldıqlarını» deyirlər
ki müttəfiq olurlar.

YAP heç bir partiya ilə seçki bloku yaratmır, bunu hətta özünə rəva görmür, çünki özünü siyasi həyatın şəriksiz lideri hesab edir.

Amma YAP-a vəkillik edən, onun şəksiz qələbəsini indidən təbliğ edən «müxalifət» partiyaları da var. Bir ya da iki mandatla parlamentdə təmsil olunan bu partiyalar məhz bu mandatlara görə öz təbliğatlarını deyil, YAP-ın təbliğatını aparırlar. Hətta gülməli vəziyyət yaranır: soruşmaq istəyirsən ki, axı sən hansı partiyanın sədrisən?

İndi ölkədə ancaq belə partiyalar moda təşkil edir – qəzetlər bu partiyaların başqanları ilə geniş müsahibələr dərc edir, elektron KİV-lər onlar meydan verir.

«Mandat» alveri elə bir səviyyəyə çatıb ki, ölkədə qeydiyyatdan keçmiş partiyaların sayı 50-ni ötüb – hamı bir partiya elan etməyə və hakimiyyətdən nəsə qoparmağa çalışır, böyük gəlir mənbələrəinə nəzarət edən hakimiyyət də insafən xəsislik etmir, onların da «pay»ını çatdırır, çünki bu pay ümumi gəlirlərin fonunda dənizdə damla kimidir. Üstəlik, bu partiyalara nəsə vermək hakimiyyəti qorxutmur, çünki onlar siyasi cəhətdən o qədər qısırdırlar ki, hansısa mənada rəqib partiya rolunda təsəvvür belə oluna bilmirlər. Onların siyasi fəaliyyəti bir qayda olaraq radikal müxalifəti «ifşa» etməkdən ibarət olur, prezident seçkisi vaxtı hamısı bir nəfər kimi «onsuz da seçilməyəcəklərini, sadəcə seçicilərini İlham Əliyevə səs verməyə çağırmaq üçün seçkiyə qatıldıqlarını» deyirlər.

DİGƏR QÜTBDƏ İSƏ HƏLƏ MÜZAKİRƏLƏR GEDİR


Belə vəziyyətdə daha çox maraq kəsb edən partiyalar kimi təkcə AXCP və Müsavat qalır. Bunlar başqa şeyə gücləri çatmasa da, heç olmasa müxalifət məntiqini və ritorikasını gözləyirlər. İndi bu cinahda müzakirələr gedir – həm seçki blokunun, həm də vahid partiyanın yaradılması ilə bağlı. Hər iki məsələ ilə bağlı ziddiyyətli mövqelər var. AXCP seçki blokunun daha tez elan olunmasının, Müsavat isə tələsməməyin, namizədləri razılaşdırmağın tərəfdarıdır.

BU İLİN SEÇKİSİNİN ƏN BÖYÜK YENİLİYİ


İnternet müstəqil media və müxalifət üçün heç də ən yeni vasitə deyil, ən azı ona görə ki, indi əksər qəzetlərin, eləcə də bəzi müxalifət liderlərinin internet səhifələri var. Amma indi təbliğat üçün sosial şəbəkələrdən geniş istifadə olunur. Hakimiyyət dairələri istədilər ki, bunu da seçkinin təbliğat mərhələsi ilə bağlayıb müəyyən mənada nəzarətə götürsünlər. Ancaq sonradan bu, seçkiyə hazırlıq mərhələsi kimi dəyərləndirildi və müxalifət də, şəbəkə də rahat buraxıldı. Bu hadisə bir o qədər də böyük ümidlər bəslənilməyən seçkinin, bəlkə də, ən yadda qalan yeniliyi oldu...
XS
SM
MD
LG