Keçid linkləri

Təcili xəbərlər

Deputat: Elmə olan maraq yüksək səviyyədədir


«Bu gün Azərbaycanda elmə olan maraq kifayət qədər yüksək səviyyədədir. Dövlət başçısı cənab İlham Əliyevin elm sferasına yönəlik həyata keçirdiyi tədbirlər kompleksi elmi fəaliyyətdə görünməmiş bir canlanma yaratmışdır».

Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev son vaxtlar elmi işlərin hazırlanmasında plagiatçılığa yol verilməsi hallarına da münasibət bildirib.

Onun sözlərinə görə, elmi-tədqiqat işlərinin plagiat olub-olmadığını müəyyənləşdirmək həm sırf texniki məsələdir, həm də bu prosedura dissertasiyaların ekspertizasının əsas elementlərindən biridir:

«Bunun qarşısının alınması elə yoxlama prosedurunun keyfiyyətlə həyata keçirilməsi ilə şərtlənir və təbii ki, qeyd edilən aspektdə günahkar olan şəxslərin məsuliyyət dərəcəsi də dəqiqləşdirilməli və adekvat tədbirlər görülməlidir. Dünya təcrübəsi göstərir ki, plagiatın müəyyən edilməsi nə qədər çətin və əməktutumlu bir iş olsa da, informasiya-kommunikasiya texnologiyalarından istifadə və lazımi proqram təminatı plagiat hallarının tapılıb üzə çıxarılmasını xeyli asanlaşdırır», -deyə komitə sədri vurğulayıb.
XS
SM
MD
LG