Keçid linkləri

Azərbaycan Beynəlxalq Universitetin (ABU) tələbələr və onların valideynləri sentyabrın 2-də aksiya keçiriblər.

ANS PRESS-in məlumatına görə, təxminən 60-a yaxın şikayətçi ABU-nun qarşısına toplaşıb Təhsil Nazirliyinin ABU-nun lisenziyasını ləğv etməsinə etiraz ediblər.

Aksiya iştirakçılarından biri, 2004-cü ildə universitetin Maliyyə-kredit fakultəsini bitirən Cəfər adlı şəxs ANS PRESS-ə açıqlamasında bu günə qədər diplom ala bilmədiyini bildirib. Aksiyaçının sözlərinə görə, diploma görə ondan 3000 manat da alıblar. 2008-ci ildə universiteti bitirən Səfərəli Əzizov da diplom almaq üçün 3000 manatdan çox pul verdiyini, amma hələ də sənədini ala bilmədiyini qeyd edib.

Universitetin bağlanmasından ən çox isə burada təhsil alan tələbələr narahatdır. «Mən III kurs tələbəsiyəm. Bilmirəm aqibətim necə olacaq? ABU-ya test üsulu ilə daxil olsam da, hələlik mənə dəqiq məlumat verən yoxdur», deyə beynəlxalq iqtisadi münasibətlər fakultəsinin tələbəsi Cavid vurğulayıb.

ABU-nun həmkarlar təşkilatının sədri Rabil Amanov bildirib ki, hazırda universitetdə rəhbərliyindən heç kim yoxdur və hər kəs diplom alıb. Onun sözlərinə görə, hazırda təhsil alan tələbələr digər özəl universitetlərə köçürüləcəklər.

Sentyabrın 1-də Təhsil Nazirliyi ABU-ya lisenziya verilməməsiylə baglı məlumat açıqlayıb. Nazirlik bildirir ki, məktəbin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlar bu müəssisəyə lisenziya verilməsinə imkan yaratmır.
XS
SM
MD
LG