Keçid linkləri

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın qaz inhisarçısı «Qazprom» şirkətinin sentyabrın 3-də imzaladıqları sənədə əsasən (tam adı: Qaz tədarükü haqqında 14 oktyabr 2009-cu ildə imzalanmış müqaviləyə əlavə edilməsi barədə saziş) 2011-ci ildən etibarən Rusiyaya ixrac ediləcək qazın həcmi 2 milyard kubmetrədək, 2012-ci ildən isə 2 milyard kubmetrdən çox artacaq.

Rusiya tərəfi Azərbaycandan aldığı qaz həcmlərinin artırılmasını belə xarakterizə edib:

«Ərazi yaxınlığı, tranzit zonaların olmaması və artıq mövcud qaz nəqli infrastrukturunun mövcudluğu Azərbaycan və Rusiya arasında qaz üzrə əməkdaşlığın genişləndirilməsini hər iki tərəfdaş üçün kommersiya baxımından sərfəli edir».

Azərbaycan tərəfi Rusiya ilə qaz alqı-satqısınının ildən-ilə artırılmasına münasibətini ümumi sözlərlə ifadə etsə də, reallıqda bu aşağıdakı faktorlarla əlaqədardır:

RUSİYA YEGANƏ REAL ALICIDIR Kİ…

- 2011-ci il üçün ölkənin enerji balansının ilkin təhlili onu göstərir ki, Azərbaycanın sərbəst qaz həcmi 3 milyard m3-a yaxın olacaq. Bunun ən yaxşı halda 1 milyard m3-u Gürcüstana və swap-tipli müqavilə əsasında İrana (Naxçıvan Muxtar Respublikasının mavi yanacağa olan tələbatını ödəmək üçün, ötürülən həcmlərin 15%-ni İran tranzir haqqı olaraq götürür) veriləcək, yerdə qalan həcmlərə isə müştəri faktiki olaraq yoxdur.

Türkiyədə qaza olan tələbatın azalması ucbatından «Şah-dəniz»in «Mərhələ-1» layihəsi çərçivəsində almalı olacağı illik 6,3 milyard m3-dan ən yaxşı halda 5,5 milyard m3 qaz alır. Bu baxımdan Rusiya yeganə real alıcıdır ki, Azərbaycan onunla qaz alqı-satqısı məsələsini genişləndirir.

BİR ŞEYDƏN İMTİNA ÜÇÜN, ƏVVƏLCƏ HƏMİN ŞEYİN ÖZÜ MÖVCUD OLMALIDIR


Rusiya nədən Azərbaycana belə cəlbedici təkliflər edir (məsələn, ən bahalı qazı məhz Azərbaycandan alır)?
- İkincisi, Rusiyaya satılan qaz həcmlərinin Azərbaycanın strateji layihələrinə heç bir aidiyyatı yoxdur. Yəni, SOCAR əlində nə var onu satır, özü də qısamüddətli sazişlər əsasında. Bunun «Şah-dəniz»in «Mərhələ-2» çərçivəsində ən yaxşı halda 2017-də çıxarılacaq qazın bölünməsinə hazırda elə bir dəxli yoxdur. O baxımdan da «Azərbaycan «Nabucco»dan imtina edir, üzünü Rusiya çevirir» deyimlərinin elə bir əsası yoxdur. Ona görə ki, bir şeydən imtina üçün, Molla Nəsrəddin demiş, əvvəlcə həmin şeyin özü mövcud olmalıdır.

RUSİYA NƏDƏN AZƏRBAYCANA BELƏ CƏLBEDİCİ TƏKLİFLƏR EDİR


- Üçüncüsü, gələn il dünya bazarlarında neftin orta qiyməti $75 olarsa, onda Rusiyanın Azərbaycan qazına görə ödəyəcəyi məbləğ təqribən $480 mln. təşkil etməlidir (orta hesabla 1000 m3 üçün $240). Bu, kifayət qədər normal bir qiymətdir və hazırda Azərbaycan qaz təsərrüfatının günişləndirilməsi üçün yaxşı bir gəlir mənbəyidir.

Ancaq Rusiya nədən Azərbaycana belə cəlbedici təkliflər edir (məsələn, ən bahalı qazı məhz Azərbaycandan alır)? Təbii ki, burada, mən belə hesab edirəm ki, geosiyasət, geoiqtisadiyyat öndə durur, nəinki biznes və ya «Qazprom»un korporativ maraqları. Rusiya Ermənistana olan real «sevgisinin» Azərbaycanda «süngü ilə qarşılanmaması» üçün bu kimi amillərdən yaralanır və regionda özünün təsir dairəsini azaltmamaq üçün, məncə, «Mərhələ-2»nin qazının bölüşdürülməsinədək, rəsmi Bakıdan bahalı qaz almaq siyasəti yürütməkdə davam edəcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG