Keçid linkləri

Təcili xəbərlər

Bilik Günündən bir gün öncə gözəllik salonunda...


Mənim üçün 14 sentyabr adi təqvim günüdür. Sən demə, çox önəmli bir günün ərəfəsi imiş…
Sən demə, gözəllik salonuna getmək üçün çox uğursuz gün seçmişəm. Sabah məktəblərdə dərslər başlayırmış. Sabah Bilik günü imiş!

SALON QAYNAŞIRDI...

Həm valideynlər, həm də şagirdlərlə dolu idi.

İşə düşdüm. Mənim üçün 14 sentyabr adi təqvim günüdür. Sən demə, çox önəmli bir günün ərəfəsi imiş…

Bu hay-küydə növbə gözləyənlərlə salon işçiləri arasında qızğın söhbət gedirdi.

MƏNDƏN KEÇİB QARDAŞIMA DƏYDİ, ELƏ BİLDİM UN ÇUVALINA DƏYDİ...

--Eşitdim sizin direktorunuzu dəyişiblər?

--Hə, canımız qurtardı rüşvətxordan...Atdılar onu o biri məktəbə.

--İndi gələn necədir?

--İndiki ondan çooox yaxşıdır. Mədənidir. Dili ilə istəmir.

--O biri dili ilə istəyirdi?

--Hə, salam vermək də pulnan idi. Hər şeyə taksa qoymuşdu.

--Onda day deynən o biri məktəb yazıq oldu ki?

--Hə, qoy bir az da onlar çəksin biz çəkəni...Ədasından yer-göy yarılırdı. Bütün günü özünü çəkib kabinetində otururdu. Heç koridora da çıxmırdı. Pul toplamaqla məşğul idi. Təzə gələn heç kabinetində duruş gətirmir... Məktəbli formalarınacan nəzarətdə saxlayır. Hamını elə koridordaca dinləyir.

--Onda bəxtiniz gətirdi...

PULU BİR YERDƏ VERİRSİNİZ, YA...

--Siz müəllimlərə pulu siniflə birlikdə toplayıb verirsiniz?

--Yox, yox. Bizdə hərə ayrıca verir. Əvvəl 5 manatdan yığırdıq. Özləri bəyənmədilər. Dedilər bir yerdə verməyin.

--Deyərlər da. Belə əlverişlidir, axı...

BU FORMANI ALMALISAN!

--Məktəbli formaları alası oldunuz?

--Almayıb neyləyəsiyik? Almalıyıq.

--Özünüz seçirsiniz, yoxsa onlar?

-- Onlar. İstədiyimizi ala bilmərik. Məktəbdəkini götürməliyik.

--Barı xoşagələndirmi?

--Yox, yox, zaydır. Amma almağa məhkumuq.

SABAHDAN YENƏ BAŞLANDI...

--Sabahdan yenə başlanacaq qiymət pullarının yığımı...

--Hə, yaxşı qiymət istəyirsənsə, yaxşı da pul ödəməlisən.

--Yəni açıq-aşkar istəyirlər pulu?

--Hə, qəsdən qiyməti aşağı verirlər ki, minnətçi düşəsən.

--Bəs birinci sinfə qəbul necə, yenə hörmətlədir?

--Əlbəttə!!! Nə dəyişib ki? Direktorun dəyişməsi ənənənin dəyişməsi deyil ki? Bir lətifədə deyildiyi kimi, sadəcə, bu direktor o birindən yaxşı ola bilər. Vəssalam-şüttamam.

P.S. And olsun ki, mən bu söhbətdə sual verən deyildim. Sualı saç ustam verirdi. Mən də sakitcə qulaq asırdım. Tək bircə dəfə dözə bilməyib söz atdım:

--Onda day deynən o biri məktəb yazıq oldu ki!

Bax, o sözü deyən mən idim...

Ən son yazılan

XS
SM
MD
LG