Keçid linkləri

Seçkiyə artıq bir ay qalıb. Əvvəlki illərdən fərqli olaraq bu il seçki müddəti kəskin şəkildə qısaldığından siyasi fəallıq və ovqat nəzərə çarpacaq qədər də böyük deyil. Təbii ki, insanların seçkiyə əsl münasibəti sonuncu gün – seçki günü bilinəcək, onda aydın olacaq ki, bu ölkənin insanları seçkilərə maraq göstərir, ya yox? Amma ilkin maraq da əsas şərtdir və seçkilərin son anda saxtalaşdırıldığı ölkələrdə ilkin göstəricilər mühüm əhəmiyyət kəsb edir. İndi prosesin özündə də bir lənglik hiss olunur – artıq tez bir zamanda seçki prosesinin təbliğat mərhələsi başlanmalıdır, amma qeydiyyatla bağlı məsələlər hələ də yekunlaşmayıb. Bu ilin ilk təcrübəsi göstərdi ki, seçkinin müddətinin qısaldılması qətiyyən siyasi məntiqə uyğun hadisə deyildi, çox qısa müddətdə də insanlar öz niyyətlərini reallaşdırmaq üçün yetərincə imkan tapa bilmirlər. Seçkiyə münasibətinə görə adətən insanları passiv və aktiv seçicilər qrupuna bölürlər. Passiv seçicilər sadəcə səs verənlər, aktiv seçicilər isə seçkiyə namizəd kimi qatılanlardır. Passiv seçicilərin hələ ki məqamı çatmasa da aktiv seçicilər bütün məhdudiyyətlərə baxmayaraq seçki prosesinə çox ciddi qoşulublar. Ən çox maraq kəsb edən proseslər də məhz hakimiyyət düşərgəsində – hakim YAP-ın
Hələ heç bir müxalifət partiyasının üzvü öz partiyasını YAP üzvləri qədər ifşa etməyib. Sirus Təbrizli və onun YAP-a ünvanlanan ittihamları kimin yadından çıxıb?
seçki siyahıları ətrafında cərəyan edir.

50 NƏFƏR YAP ÜÇÜN BÖYÜK İTKİ DEYİLMİ?


Hələ ki, hakim partiya özünü belə aparır və öz qərarına etinasızlıqla yanaşan üzvlərinə qarşı kəskin mövqe tutur. Xatırladaq ki, artıq partiyanın siyahısını nəzərə almayaraq müstəqil şəkildə öz namizədliklərini verən YAP üzvlərinin sayı 47 nəfərə çatıb. Bu isə parlament üzvlərinin təxminən beşdən ikisinə bərabərdir. Bu insanlar nəyə ümid edir? Onlar dərk etmirmi ki, YAP-ın xeyir – duası olmadan parlamentə seçilmək qeyri – mümkündür? Burada kiçik bir detalı qeyd etməmək olmur. YAP öz siyahısını tərtib edərkən onu də nəzərə alıb ki, bu adamların heç də hamısı deputat olmayacaq. Əgər YAP-ın tərtib etdiyi siyahılardakı adamların hamısı deputat seçilsəydi, bu, bir qədər qeyri – adi, seçkinin irəlicədən təyin olunması kimi qarşılanardı. Elə bu səbəbdən elə insanlar var ki, onların adı YAP-ın əsas siyahısında yoxdur, amma bu adamlar seçkidə iştirak etməkdə davam edirlər. Belələri arasında əvvəllər deputat olanlar da var. Buna görə siyahıdan kənar namizədlərin hamısını YAP-la ixtilafda olanlar kimi qarşılamaq lazım deyil. Sözsüz ki, sonuncular arasında qərarla hesablaşmayanlar da istisnalıq təşkil etmirlər. Hər halda onlar da az deyillər.

MÜTLƏQİYYƏTİN DETERMİNİZMİ


YAP –ın hər şeyi irəlicədən müəyyənləşdirmək və bütün siyasi proseslərin konturun əvvəlcədən cızmaq siyasəti hətta onun üzvləri arasında belə haqlı narazılıqla qarşılanır. 47 nəfərin bir qisminə məhz belə yanaşmaq lazımdır. YAP təbii ki, hadisələri belə yozmur. Daha çox belə bir fikir təlqin edilir ki, bu hadisə «500 min nəfər üzvü olan partiya» üçün elə bir böyük hadisə deyil.

Ən maraqlısı nədir? YAP bu vaxta qədər müxalifət partiyalarını pərakəndə struktura malik olmaqda, siyasi intizamsızlıqda qınayırdı. Amma indi əks tendensiya müşahidə olunur. YAP hətta öz üzvlərinin hamısını idarə etmək iqtidarında deyil. Özü də bu, təkcə indi müşahidə olunmur. Hələ heç bir müxalifət partiyasının üzvü öz partiyasını YAP üzvləri qədər ifşa etməyib. Sirus Təbrizli və onun YAP-a ünvanlanan ittihamları kimin yadından çıxıb? Və yaxud Əli İnsanovun məhkəmədəki çıxışları unudulubmu? Bəlkə artıq keçmiş YAP liderlərindən biri olan Rəsul Quliyevin və yaxud Lalə – Şövkət Hacıyevanın tənqidləri xatırlanmır? Yox, bunlar hamısı yaddadır. Və bütün bunlar bir həqiqəti bir daha təsdiq edir – dünyanın ən böyük partiyalarının, ən böyük simalarının hər şeyi irəlicədən müəyyənləşdirmək və onlara tam nəzarət etmək cəhdləri boşa çıxdığı dövrdə YAP-ın belə bir niyyətə düşməsi olsa – olsa ancaq ironik təbəssüm yarada bilər. Bir həftə içində 27 dönüb 47 oldu. Heç kim inkar edə bilməz ki, 47 də nə vaxtsa dönüb 47 min nəfər ola bilər...

Şərhləri göstər

XS
SM
MD
LG