Keçid linkləri

Qəribə sualdır, deyilmi? Etiraf edirəm ki, M. Saakaşvilinin müsahibəsini tam oxuyana qədər mən də qarışıq hisslər keçirirdim. Səbəb sadədir. Bizlərə o qədər deyiblər ki, korrupsiya və inhisarçılıq bütün dünyada var, bununla heç kim bacarmır, özümüz də bu nağıllara inanmağa başlamışıq. Əlbəttə, korrupsiya və inhisarçılıq lap yuxarıdan başlayanda əsl sosial bəlaya dönür – onunla mübarizə aparmaq nəinki çətinləşir, hətta mümkün olmur. İnsan pul verib vəzifəyə təyin olunur, hər ay, ya da hər il müntəzəm olaraq yuxarı təbəqəyə pul çatdırır. Belə olan təqdirdə korrupsiya ilə mübarizə aparmaq olarmı? Yaxud hökumətin işində şəffaflığı artırmaq, korrupsiyanın qarşısını almaq elə hökumətin bir hissəsinə həvalə olunur. Belə olan təqdirdə onunla əsl mübarizə aparmaq mümkündürmü? Neft gəlirləri ilə bağlı ciddi hesabat yoxdur. Daşqın və sellərə məruz qalan ərazilər üçün ayrılan vəsait haqda heç bir məlumat yoxdur. Xərcləri hər il artan ordunun fəaliyyətində şəffaflıq yoxdur. Sosial müavinətlər mənimsənilir, böyük və səmərəsiz layihələr vasitəsilə «çirkli pullar silinir». Qiymətlər maaşların artımını bir neçə dəfə üstələyərək günbəgün artır, səbəb isə inhisarçılıq və bir də korrupsiyadır, çünki iqtisadiyyatın və idxalın ayrı – ayrı sektorları ayrı – ayrı məmurların nəzarətindədir.

40 DOLLARA GÖRƏ KİM PREZİDENT OLAR?
Adama arabir elə gəlir ki, bu ölkənin əhalisini demək olar ki, hamısının polis forması var, işarə gələn kimi geyinib çölə çıxırlar. Səhər evdən çıxan kimi polislə qarşılaşırsan. Kiçik bir aksiya haqda xəbər gələn kimi küçə və dalanlar polislə dolur


M. Saakaşvili xatırlayır ki, o, prezident olarkən dövlət başçısının maaşı cəmi 40 dollar imiş. Yadıma 93 –cü ildən sonrakı ilk seçkilər düşür. O vaxt bizdə də aylıq gəlirləri cəmi 40 – 50 dollar göstərmək dəbdə idi. Hamı belə edirdi – prezidentdən tutmuş ən aşağı səviyyəli məmura qədər. Hətta bir verilişdə məlum oldu ki, telekanalların birinin müxbiri Konstitusiya Məhkəməsinin sədrindən bir neçə dəfə çox maaş alır. Amma bir sual mənə heç rahatlıq vermir. Görən, məmurlar üçün hansı variant daha əlverişlidir? Çox güman ki, ayda 40 dollar maaşa imza atmaq, çünki 40 dollara imza ataraq 40 milyon dollar qazanmaq mümkündür. Bu baxımdan M. Saakaşvili sözün əsl mənasında gürcü məmurlarının «çörəyini kəsib». İndi onlar ayda 1500 – 2000 almaqla milyonlardan məhrum olublar. Azərbaycanlı məmurların işləri isə qaydası ilə gedir. Onların da maaşlarını artırdılar, amma gəlir kanalları necə vardısa, eləcə də qaldı. Bu mənada azərbaycanlı məmurların bəxti ikiqat gətirdi. Əslində onların yüksək maaşa ehtiyacı yoxdur. Özü də söhbət təkcə onlar haqda deyil. İndi minlərlə insan var ki, maaşsız – filansız dövlət məmuru, polis işiçisi işləməyə hazırdır. Bunu kiçik bir statistika ilə də araşdırmaq olar. 93 – 98 –ci illərdə, maaşların kəskin şəkildə aşağı olduğu vaxtlarda neçə adam dövlət qulluğunu, polisi, məhkəməni tərk etdi? Belə bir hal olmayıb, əgər olsaydı, ən azı müxalifət qəzetləri bu haqda yazardı.

POLİS PROBLEMLƏRİN HƏLLİDİR, YOXSA PROBLEMİN ÖZÜ?


Gürcü prezidentinin polis haqqındakı fikirləri olduqca maraqlıdır, kaş, bizim hökumət adamları da, o adamlar ki, nəhəng polis şəbəkəsi yaradıblar, bu fikirlərlə tanış olaydı. Adama arabir elə gəlir ki, bu ölkənin əhalisini demək olar ki, hamısının polis forması var, işarə gələn kimi geyinib çölə çıxırlar. Səhər evdən çıxan kimi polislə qarşılaşırsan. Kiçik bir aksiya haqda xəbər gələn kimi küçə və dalanlar polislə dolur. M. Saakaşvili yol polisini ləğv etdiyini deyir. Azərbaycanda isə yol polisinin sayını artırıb xarici maşınlarda oturtdular. Bəli, vəziyyət belədir. Çox güman ki, bir azdan analar uşaqlarına «lay – lay, polis balam, lay – lay» - deyəcəklər.

YAP-I KİMƏ GÖRƏ ANACAQLAR?


Nəsə maraqlı bir şey oxuyandan sonra əlacsızlıqdan o qədər köks ötürürük ki, lap təngnəfəs oluruq. Korrupsiya ilə bağlı da belə oldu. Çox maraqlıdır.

Bu YAP nə ilə yadda qalmaq istəyir? Bəlkə öz aqibətlərini bilib özləri üçün elə indidən abidələr qoyurlar? Hərdənbir adama elə gəlir ki, YAP olsa – olsa Sirus Təbrizlinin, Əli İnsanovun, Rəsul Quliyevin və b. ittihamları ilə yadda qalacaq...Bu yaxınlarda oxudum ki, pessimist şerlər yazdığına görə bir neçə dəfə Nazim Hikməti kommunist partiyasından çıxarmaq istəyiblər. Həmin partiyadan ki, indi onu bir neçə adama, o cümlədən də Nazim Hikmətə görə anırlar. YAP-ı kimə görə anacaqlar? Burada yadıma nə vaxtsa oxuduğum bir misra düşdü: bu dünyanın qara daşı göyərməz...

Şərhləri göstər

XS
SM
MD
LG