Keçid linkləri

Futbol hakiminə texnoloji yardım?


FİFA-nın əsas iradı: Şəkildən bilinirmi, top qapı xəttini keçib yoxsa yox?

FİFA-nın əsas iradı: Şəkildən bilinirmi, top qapı xəttini keçib yoxsa yox?

Topun qapı xəttini keçməsini göstərən 13 texnoloji sistemi Beynəlxalq Futbol Federasiyası FIFA nəzərdən keçirir.

FİFA bildirib ki, bu sistemlər oktyabrın 20-də Beynəlxalq Futbol Assosiasiyaları Şurasında (İFAB)
müzakirə olunacaq.

Şura mart ayındakı illik toplantısının gündəliyinə bu sistemlərin qəbulu məsələsini sala bilər və mart ayından futbol hakimliyi qaydaları dəyişə bilər.

FİFA nəzərdən keçirdiyi həmin sistemləri dəqiqləşdirməyib.

Ancaq ehtimal olunur ki, bunlardan biri kameraya əsaslanan və tenisdə istifadə olunan “Şahin Gözü“ sistemidir.
Digəri - çipi topun özünə yerləşdirən Cairos sistemidir.

Hər iki sistemi İFAB 2008-ci ildə və 2010-cu ilin martında rədd etmişdi.

FİFA prezidenti Blatter də hakimlərə yüksək texnoloji sistemlərin köməyini həmişə rədd edirdi.

Futbol qaydalarında ali orqan olan İFAB FİFA-dan və İngiltərə, Şimali İrlandiya, Uels və Şotlandiya Futbol Assosiasiyalarından ibarətdir.

204 ölkəni birləşdirən FİFA-nın İFAB-da səsvermədə 4 səsi, İngiltərə, Şimali İrlandiya, Uels və Şotlandiyanın isə hərəyə bir səsi var.

Qərarın qəbul edilməsinə 6 səs lazımdır.
XS
SM
MD
LG