Keçid linkləri

Tələbələrin yataqxana problemi həll ediləcək?


Bakı Dövlət Universitetinin qaçqınlar məskunlaşmış tələbə yataqxanası

Bakı Dövlət Universitetinin qaçqınlar məskunlaşmış tələbə yataqxanası

«Bu gün universitetlərin əksəriyyətinin yataqxanasında qaçqın və köçkünlər məskunlaşıb. Təbii ki, bunu başa düşmək olar, çünki onlar yurd-yuvalarını məcburən tərk etdiklərinə və yaşamağa yerləri olmadığına görə, bu yataqxanalarda yerləşiblər. Ancaq indi Azərbaycan o dövrdən fərqli olaraq xeyli inkişaf etmiş bir ölkədir. Yaxşı olardı ki, həmin yataqxanalarda məskunlaşan qaçqın-köçkünlərimiz üçün evlər tikilsin, onlar həmin evlərə köçürülsün, yaxud yeni yataqxanalar inşa edilsin».

Millət vəkili Qənirə Paşayeva parlamentdə 2011-ci ilin büdcə zərfinin müzakirəsi zamanı ali məktəb tələbələrinin yataqxana sarıdan ciddi problemlər yaşadığını dilə gətirib.

Deputatın sözlərinə görə, parlamentdə kənd rayonunu təmsil etdiyi üçün tez-tez bu yöndə problemlərlə üzləşən insanlar ona müraciətlər edir və o da öz növbəsində belə problemləri həll etməkdə çox zaman aciz qalır:

«Ona görə xahiş edirəm ki, tələbələrimizin arasında imkansız ailələrin övladları da olduğu nəzərə alınaraq onların yataqxanalarla təmin olunması məsələsi yaxın zamanlarda öz həllini tapsın».

Millət vəkilinin bu təklifinə büdcə müzakirələrində iştirak edən maliyyə naziri Samir Şərifov da münasibət bildirib. Maliyyə naziri bildirib ki, bu məsələnin həlli istiqamətində müəyyən addımlar atılır və atılması nəzərdə tutulur. /Modern.az/
XS
SM
MD
LG