Keçid linkləri

Təcili xəbərlər

Dünya Tələbə Ombudsmanı yaradılır


Beynəlxalq tələbə birlikləri YUNESKO-ya Dünya Tələbə Ombudsmanın yaradılması ilə bağlı müraciət ediblər.

Bu təkliflə ilk dəfə bütün dünyada tələbələri təmsil edən ən böyük 17 tələbə təşkilatı çıxış edib.

Təklif 2009-cu ildə Avropa Tələbələr Birliyi tərəfindən təşkil edilən tələbə təşkilatlarının iclasında səsləndirilib.

YUNESKO ilk dəfə olaraq tələbə birlikləri ilə əməkdaşlığa 2003-cü ildə “Ali təhsildə tərəfdaşlarla görüş” adı altında tədbirlə başlayıb.

Avropa Tələbələr Birliyi “Tələbə hüquqları nizamnaməsi”nə də malikdir. Bu nizamnamə 5 bölmə və 35 maddədən ibarətdir.

Azərbaycanda tələbə təşkilatlarının yaranmasının və fəaliyyət göstərməsinin 90 yaşı var. Belə ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə Bakı Universiteti Tələbələrinin Qarşılıqlı Yardım Cəmiyyəti, Lənkəran Şəhəri Tələbə və Abituriyentlər İttifaqı, ən maraqlı isə Azərbaycanlı Tələbələr İttifaqı kimi təşkilatlar fəaliyyət göstərib.

/Auditoriya onlayn qəzeti/
XS
SM
MD
LG