Keçid linkləri

“Koroğlu” dastanının hətta diqqətsiz oxunuşu göstərir ki, Çənlibel mühüm karvan yolunun üstündə olub.

Koroğlunun və onun dəlilərinin tacirlərlə davranışı, “bac-xərac” və s. isə onu deməyə əsas verir ki, Azərbaycanda "müasir" tipli ilk gömrük məntəqəsini yaradan Koroğludur.

Bəs 500 ildir ki, niyə ictimai fikir tamam başqa olub?

Suala sualla cavab verim - O vaxtların mediası kim olub? – Aşıqlar.

Koroğlunun öz şəxsi mediası vardı - Aşıq Cünun. Koroğlunun bizə gəlib çatan obrazını da elə Aşıq Cünun kimilər yaradıb.

Bir maraqlı sual da var ki, dünyanı tutan türk sultanı necə olub ki, bir Koroğlu ilə bacarmırdı?

Yenə sualla cavab verim:

- Koroğlu kim idi?

- Türk sultanının kürəkəni.

(Mən bunu son vaxtlar dəbdə olan romanlara nəzirə və həcv yazdım)

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG