Keçid linkləri

Təcili xəbərlər

Xaricdə təhsil alanlara yeni tələb


Dövlət hesabına xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr üçün yeni tələblər müəyyənləşib.

Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin 19 oktyabr 180 saylı qərarına əsasən, «Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə»yə yeni bənd əlavə olunub. Müqavilənin yeni bəndinə əsasən, xaricdə təhsilləri dövlət tərəfindən maliyyələşən bütün tələbələr təhsil aldığı xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan diasporunun təşkil etdikləri Azərbaycanın dövlət maraqlarının müdafiəsi ilə bağlı, o cümlədən, digər ictimai-mədəni tədbirlərdə iştirak etməlidirlər.

«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» Azərbaycan Prezidenti İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunub. Proqrama müvafiq olaraq, Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi qaydaları müəyyənləşib.
XS
SM
MD
LG