Keçid linkləri

Bəzən elə bir hadisə ilə üz-üzə qalıram ki, bunu təsvir və təfsir etmək üçün kifayət qədər imkanımın olmadığını anlayıb məyus oluram. Bunlar elə bir hadisədir ki, insanın iliyinə dolur, həmin an fərqində olmursan nə ilə üz-üzə durduğunu. Hadisənin zamanı aşması deyirlər buna, hadisə zamandan daha surətli hərəkət edir. Bir müddət sonra zaman hadisəyə yetişəndə anlayırsan onun mahiyyətini, onda da tüklərin olur biz-biz.

Əhəd Abıyevin seçicilərlə görüşündə iştirak edirdim fotoaparatımla. Əvvəl hamı məni necə deyərlər «yuxarı başa» dəvət edir. Əhəd müəllim mənə poz verirdi. Amma necə oldusa, Azadlıq Radiosundan, müstəqil fotoqraf olduğumdan xəbər tutdular, insanlar dəyişdi. Kafkanın insanı belə surətlə dəyişikliyə məruz qalmır ki, biz gördüyümüz insanlar belə surətlə metamarfozaya uğrayır.

Axı bu insanlar azad jurnalistə, hansı ki bir çox vaxt yazdığı və ya çəkdiyi heç nəyi dəyişmir, nifrət edirlər? Axı nə üçün insan azadlığını qazananda «xoşbəxtliy»-ni itirir?

«Karamazov qardaşları»-nda inkvizitorla İsanın dialoqunu xatırlayın, inkvizitor İsanı hədələyir ki, həqiqətlərdən danışıb insanları «bədbəxt» etməsin. İsa isə
Əvvəl hamı məni necə deyərlər «yuxarı başa» dəvət edir. Əhəd müəllim mənə poz verirdi
sadəcə gülümsəyir.

Təsəvvür edin ki, qara eynəkli insanlara baxırsınız, amma siz o qaranlığın arxasında sizə söykənən bir nifrətin dərəcəsini ölçə bilmirsiniz. Mən dəfələrlə onlara sadəcə şəkil çəkdiyimi izah edirdim, onların üzünə gülümsəyirdim, amma üzərimdəki nifrət əskilmirdi.

Hara gedirdim arxamca gəlirdilər. Bu bilirsiniz nə deməkdir bir fotoqraf üçün? Bu o deməkdir ki, siz əlində Əhəd Abıyev və YAP bayrağını tutan, bir əlil orta yaşlı kişinin üzündəki kədər dolu cizgiləri dondurub fotoaparata soxmaq istəyirsiniz, amma «1984-ün gözü» sizin arxanızda səslənir: «a kişi, səni çəkir, gülümsə!» An öldü. Fotosənətdə buna belə deyirlər: «zamanın ölümü». Bu həm də fotoqrafın ölümüdür.

Onlar İsaya nifrət edən qoca inkvizitor qədər ağıllıdırlar. Çünki onlar yaxşı bilir ki, azadlıq «təhlükəlidir». Çünki inkvizitor üçün yoxsul kəndlinin yanında olan çarıqlı yarıac İsa qarşısıalınmaz təhlükələr mənbəyidir.

Həmin görüşdə biz tikan üstündə hərəkət etsək də, eşitdik ki, məktəb vaxtı seçicilər arasında məktəbli formasında əlində həmin namizədin portretini qaldıran şagirdlərə 1 manat vəd edilib. Biz bunu da eşitdik ki, bu 1 manat əksər uşaqlara verilməyib...

P.S. Qoca inkvizitor İsaya bu əməllərdən əl çəkməsə, insanların gözü qarşısında sabah onu tonqalda yandıracağını deyir və yorğun gözlərlə ondan cavab gözləyir. İsa isə cavab olaraq gülümsəyib onun çatlamış dodaqlarından öpür. İnkvizitor həbsxana otağının qapısını açıb İsaya deyir:

«Rədd ol, çıx get, bir daha bura qayıtma!»

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.



Şərhləri göstər

XS
SM
MD
LG