Keçid linkləri

Deyəsən, yenə camaatımızın dərdli günləri başlayır. Ürəyinizə nə isə başqa fikir gəlməsin, sadəcə “dərd” deyəndə, artıq millətimiz adətkərdə olub ki, havanın temperaturunun aşağı düşməsi ilə camaatın dərdinin üstünə bir dərd də gəlir. Özü də son illər hava şəraitinin pozulması ÜMUMMİLLİ PROBLEMə çevrilib, çünki bu dərd nə kasıba baxır, nə də varlıya: işığın fasiləsiz verilməsi müşkülləşir, evlərin qızdırılması bir ətək pul aparır, Bakının palçıqlı küçələrində həm piyadaların rahatlığı pozulur, həm də qara rəngli avtomobil sahiblərinin (bəzən gündə 2 dəfə yumaq tələb olunur) və bu kimi onlarca problem yaşanır.
Sentyabr ayından başlayaraq müvafiq qurumların rəhbərlik qarşısında qışa tam hazırlıqla bağlı yağlı raportlar verməsinə baxmayaraq, yenə də Azərbaycan xalqı sürprizlə üzləşməli oldu.

İLDIRIMDAN ASILI ENERJİ SİSTEMİ


Meteoroloqların verdikləri məlumata görə, oktyabrın 30-u Azərbaycana şimaldan kəskin hava axınları daxil olub və nəticədə havanın temperaturu kəskin aşağı düşüb, ölkənin şimal bölgəsində bəzi yerlərdə qar yağıb, digərlərində yağış. Paytaxtda isə güclü xəzri ildırım çaxması ilə müşahidə olunub. Nəticədə...
Saat 19 radələrində Bakının Yasamal rayonu ərazisində yerləşən Sallaqxana yarımstansiyasına gələn elektrik xəttində gərginlik itib (rəsmi məlumatda elə beləcə də yazılıb - “itib”). Bununla əlaqədar Yasamal rayonunun bəzi yerlərində, eləcə də Bakı Metropolitenin “Elmlər Akademiyası” stansiyasında enerji
Planetdə ildırımın ən çox çaxdığı və yerə düşdüyü məkan Avstraliyadır. Ancaq hələ indiyə qədər buna görə nədənsə avstriyalılar elektrik enerjisinin fasiləsiz verilməsi problemi ilə üzləşməyiblər
verilişi kəsilib. Şükürlər ki, təqribən 20-30 dəqiqəyə (yerlərdən asılı olaraq) enerjinin verilməsi bərpa edilib, çünki Bakı səmasında bir daha ildırım çaxmayıb.
Ancaq həmin gün paytaxtın başqa rayonlarında da kiçik fasilələrlə elektrik xətlərində gərginliyin açılması müşahidə edilib. Novxanı qəsəbəsində (Məmmədəmin Rəsulzadənin heykəli olan yeganə Azərbaycan yaşayış məntəqəsi) isə əsil şok yaşanıb: axşamdan “itən” gərginliyi yalnız səhər saat 10-da “tapa biliblər” (qeyd edim ki, o qəsəbədə düz əməlli qaz da yoxdur ki, camaat heç olmasa Odlar Diyarı olan Abşeronda mavi yanacaqla qızına bilsinlər).

Mənim diqqətimi çəkən isə “Bakıelektrikşəbəkənin” (paytaxt və Abşeron yarımadasında elektrik paylayıcı dövlət şirkəti) xəbərindəki Sallaqxana yarımstansiyası oldu. Ona görə ki, hələ 2008-ci ilin fəaliyyət hesabatında (BES-in saytında bununla bağlı xəbər də var) qeyd olunurdu ki, “110/35/10 kV-luq “Sallaqxana-I” və 35/6 kV-luq 120 saylı yarımstansiyaları arasında yeni iki dövrəli 35 kV-luq kabel xəttinin quraşdırılması ilə Bakı şəhərinin Yasamal, Nəsimi və Səbail rayonlarının elektrik təchizatı əsaslı surətdə yaxşılaşdırmışdır. Yasamal rayonunda tikilən yeni yaşayış binalarının elektrik təchizatı bu kabel xəttinin quraşdırılması ilə mümkün olmuşdur”.

Demək, Azərbaycanın elektrik sənayesinin modernizasiyası (yenidən qurulması) elə bir ildırıma bənd imiş! Hələ şükürlər edirəm ki, Bakı səmasında görünən ildırım yerə düşməyib, yoxsa... bunu fikrə gətirmək adamın canına nəinki üşütmə, hətta vəlvələ salır. Yadınızdadırmı, 2002-ci ildə Ağsu rayonu ərazisində biçilmiş əkin sahəsinin yandırılmasından sonra bütün Bakı qaranlığa qərq olmuşdu və o vaxt Rusiyadan alınan əlavə elektrik enerjisi hesabına problemi həll etmək olmuşdu. Bu ilin fevralında isə “Azərenerji” rəhbərinin qarlı-çovğunlu gündə qara JEEP-lə Abşerondakı qəza yerinə gəlməsinə baxmayaraq, paytaxtımız əməli-başlı enerji böhranı yaşamalı oldu (Əhmədli kəndi və Abşerondakı bir neçə yaşayış məntəqəsi 3 gün işıqsız-susuz qaldı).

POST-NEFT QAZ DÖVRÜNƏ QALAN PROBLEMLƏR


İldırımdan söz düşmüşkən, onu da qeyd edim ki, bizim planetdə ildırımın ən çox çaxdığı və yerə düşdüyü məkan Avstraliyadır. Ancaq hələ indiyə qədər buna görə nədənsə avstriyalılar elektrik enerjisinin fasiləsiz verilməsi problemi ilə üzləşməyiblər. Bu azmış kimi hazırda Avstraliyada alimlər baş sındırırlar ki, necə etsinlər ki, ildırımın enerjisindən faydalansınlar.

BMT-nin insan inkişafı hesabatında qeyd olunur ki, hazırda planetimizin 2,7 milyard insanı kanalizasiya sistemindən istifadə etmir, 2,5 milyardın fasiləsiz su təminatı yoxdur və 800 milyon insanın elektrik enerjisinə qoşulmaq imkanı yoxdur.

Doğrudan da, son 3 ildə (2010-cu ilin göstəriciləri də daxil olmaqla) Azərbaycanın dövlət büdcəsi xətti ilə 40 milyard dollara yaxın vəsait xərclənib, ancaq əhalimizin nə su (Oğuzdakı quyulardan 1 milyard vəsait hesabına su kəməri çəkəsən, sonra da o dumduru suyu Salyandan gələn palçıqlı Kür suyu ilə qarışdırıb əhaliyə verməyin gərəsən mənası nədir?), nə də kanalizasiya problemi həllini tapıb (bunu dövlət başçısı da bir-neçə dəfə dilə gətirib). İşıq və qaz problemi isə görünür saxlanılıb alternativ enerjinin Azərbaycanda tam və qəti qələbəsinin təmin edildiyi dövrə, yəni post neft-qaz dövrünə.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG