Keçid linkləri

Təcili xəbərlər

Təhsil haqları artırılacaq


Misir Mərdanov
Misir Mərdanov
Təhsil, İqtisadi İnkişaf nazirlikləri və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası birlikdə dövlət sifarişli ixtisaslar üzrə təhsil haqlarının artırılması barədə təkliflər hazırlayacaq.

APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, bu məsələ adıçəkilən qurumların növbəti görüşündə müzakirə ediləcək.

Nazir bu yaxınlarda ali məktəblərdə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı Maliyyə, İqtisadi İnkişaf nazirlikləri, ali məktəb rektorları və iqtisadçılarla birgə ilkin müzakirə apardıqlarını da deyib:

“Açığını deyim ki, bu məsələ ilə bağlı sual çoxdur. Amma bu, ilk addımdır. Bu addımı Təhsil Nazirliyi dəstəkləyir. Ümid edirik ki, bu addım Azərbaycanda ali təhsilin səviyyəsinin artmasına gətirib çıxaracaq, ali məktəblər arasında sağlam rəqabət mühitin yaranmasına səbəb olacaq. Amma hər bir ilk addım kimi, bunun da çətinlikləri var. Bu çətinliklərin həlli üçün il ərzində bir neçə dəfə yığışaraq nöqsanları aradan qaldırmağa, yenilikləri tətbiq etməyə çalışacağıq”.
XS
SM
MD
LG