Keçid linkləri

Siyasətçinin nitqi, sözləri və hətta məntiqi həmişə bir qədər ziddiyyətli olur. Təbii ki, bu, bir imperativ deyil, amma nə edəsən ki, dünya siyasəti hələ də bu qüsurdan xilas ola bilməyib, hələ də kəskin və mülayim bəyanatlar biri – biri ilə çulğalaşmış formada təzahür edir. Amma dünya siyasətində getdikcə bir tendensiya üstünlük təşkil etməyə başlayır – siyasətçilər ən azı öz xalqı ilə səmimi olmağa, öz millətini aldatmamağa cəhd edir, çünki dünyada bir sistem kimi formalaşmaqda olan «institutlaşmış etibarsızlıq» mexanizmi və hamının biri – birinə nəzarəti bunu etməyə vadar edir. Sonuncu mexanizm daha çox demokratik dövlətlər üçün xarakterikdir. Qeyri – demokratik ölkə və regionlarda isə vəziyyət mürəkkəb olaraq qalır.

Bakıda İran prezidenti Əhmədinejadın qarşılanma mexanizmini diqqətlə izlədim. Təmtəraq, təntənə və yüksək qəbul. Əcəba, görən, Bakıya kim təşrif buyurub? Bu adamı Amerika universitetlərinin birində elə çıxış ərəfəsində necə adlandırmışdılar? Görən, dünyada bu adamı öz ölkəsində qəbul etmək və görmək arzusunda bulunan neçə ölkə var? Onu dinləmək və eşitmək arzusunda olanların sayı nə qədər olar? Bu suallar məni tərk etmirdi. Amma bir detal təəccüblənmək üçün elə bir əsas qoymurdu – Bakıda fəxri qarovul önündən son illərdə daha çox elə diktatorlar keçir... İran prezidenti də onlardan biri idi. Amma sadəcə birmi? Bax, bu suala birmənalı cavab vermək çətindir. İran prezidenti Bakıya Xəzər ilə bağlı sammitdə iştirak etmək üçün təşrif buyurmuş beş
Problemlərin olmamasından necə danışmaq olar ki, İran elə bir – iki gün bundan əvvəl bəyan etdi ki, Xəzərdə 20 faizdən artıq paya iddia edir? İran Azərbaycanın su ərazilərinə və demək, Azərbaycan ərazisinə iddialıdır
sahil dövlətinin başçısından sadəcə biri idi, yoxsa bu əlaqələr həm də əlavə bir məzmun kəsb edir? Bir yazıda bütün bu suallara cavab vermək çətindir, həm də ona görə çətindir ki, hələ də bu suallara hərənin öz cavabı var. «Bakıda rejimlərə selektiv yanaşmırlar» - demək məsələni təhrif etmək olardı, əslində belə bir yanaşma mövcuddur, çünki əvvəldə qeyd etdiyimiz kimi rəsmi Bakı və onun məmurları özlərini demokratik olmayan rejimlərlə daha rahat hiss edirlər. İran da qeyd olunan dövlətlərdən biridir və belə mənzərə ABŞ-ın Azərbaycan - İran münasibətlərində məhdud bir çevrə cızmaq və Qafqaz dövlətlərindən birini İrana qarşı sanksiyalara qoşmaq cəhdi fonunda çox – çox təzadlı və ziddiyyətli görünür. Elə buradaca bir sual yaranır: görəsən, Azərbaycanın İranla münasibətlərində mövcud olan problemlər onun ABŞ və digər güc mərkəzləri ilə əməkdaşlığının nəticələri tək təzahür edir, yoxsa bunun daha dərin kökləri var?

PROBLEMLƏR HƏM VAR, HƏM DƏ YOXDUR


Qəribə məntiqdir, deyilmi? Hətta Taleyrana da bu məntiq çox ziddiyyətli və əcaib görünərdi. Problemlərin olmamasından necə danışmaq olar ki, İran elə bir – iki gün bundan əvvəl bəyan etdi ki, Xəzərdə 20 faizdən artıq paya iddia edir? Su əraziləri və su sərhədləri dövlətin ərazisinin mühüm hissəsini təşkil edir. İran Azərbaycanın su ərazilərinə və demək, Azərbaycan ərazisinə iddialıdır. Bəs belə olan halda o, Azərbaycanla Ermənistan arasında necə vasitəçilik edə bilər? Belə bir vəziyyət onu Ermənistanla bir cərgədə və bir cəbhədə hesab etməyə əsas vermirmi? Biz hələ onu demirik ki, İran nəinki Ermənistanla geniş əlaqələrə malikdir, hətta bir neçə dəfə Azərbaycanın işğal olunmuş ərazilərində bu dövlətlə iqtisadi layihələr həyata keçirməyə cəhd edib və ancaq Azərbaycanın israrlı tələblərindən sonra bu fikirlərindən daşınıb. Bütün bunlardan sonra Azərbaycan – İran münasibətlərinə diqqət yetirəndə adamın ağlına bircə ifadə gəlir: geosiyasi nonsens...

YOLUN HAYANADIR, AZƏRBAYCAN?


İran prezidentinin Bakıya səfəri günü məlum oldu ki, NATO-nun Parlament Assambleyası Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı sənəd qəbul edib və bu ərazilərin Rusiya tərəfindən işğal olunduğunu bəyan edib. Elə bir neçə gün əvvəl də bildirilmişdi ki, NATO-nun PA –sı Qarabağ məsələsini öz gündəliyindən çıxarıb. Burada ziddiyyətli heç nə yoxdur. Son vaxtlar Bakı tərəfindən ən çox səsləndirilən bəyanat budur ki, Azərbaycan NATO –ya və AB-nə üzv olmaq fikrində deyil. Amma hiss olunur ki, Azərbaycanın belə bir ziddiyyətli davranışına yaxın vaxtlarda son qoyulacaq. Bu vaxta qədər ABŞ hökumətinin əlini – qolunu bağlayan Azərbaycandan Əfqanıstana və İraqa yük daşınmaları idi. İndi artıq Qazaxıstan da öz ərazisini bu məqsədlə təklif edib. Bu, o deməkdir ki, Azərbaycana və eləcə də Qırğızıstana bir alternativ yaranıb, ABŞ hökumətinin bu iki ölkədən asılılığı zəifləyib. Belə tendensiya ümid etməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycanla ABŞ arasındakı maraqların yeni bir iyerarxiyası formalaşacaq, daha təhlükəsizlik məsələləri əvvəllər olduğu kimi birinci planda olmayacaq və ola bilsin, demokratiya və insan haqları məsələləri ön plana keçəcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG