Keçid linkləri

Hətta ən cavan və sağlam adamların yuxudan zorla ayıldığı vaxt onlar artıq telestudiyalarda olurlar. Ən fəal adamların belə boyun qaçırdığı verilişlərdə hamıdan əvvəl iştirak edirlər. Bu adamlar nə edir? Onların televerilişlərdə nə işi var? Onları bu verilişlərə çəkib gətirən nədir? Sadəcə, heç nə, tamaşa etmək və əl çalmaq. Təsəvvür edin, ötən ilin soyuq qış aylarında belə onlar bir verilişi də buraxmırdılar. Çoxu da yaşlı adamdır, amma cavanlar da az gəlmir, onlar da qocalardan heç geri qalmır. Əvvəllər talk-show-lar olurdu və bu şoularda insanlar iştirak edirdi, arabir hətta söz istəyib danışırdılar da. İndi artıq bu, yoxdur – verilişlərə insanları ancaq əl çalmaq üçün çağırırlar. İnsanlar isə əyləncə axtarırlar. Mən fikir vermişəm teatr salonlarında heç vaxt zal adamla dolu olmur, amma ən istedadsız müğənni belə özünün ucuz mahnıları ilə zalı adamlarla doldurur. Ümumiyyətlə, fikir verəndə görürsən ki, bu xalqın dünyada iki şeyə çox böyük həvəsi var – bir şeirə və bir də ki, musiqiyə. Amma bu həvəs öz zövqsüzlüyü ilə adamı yorur, hətta üzür – bir baxın, hamı şairdir və hamı da oxuyur. Bu yaxınlarda rayonda olarkən bir nəfər məndən soruşdu ki, sən bilərsən, filankəs böyük musiqiçidir, yoxsa Ü. Hacıbəyov? Və elə bir müğənninin adını çəkdi ki, mən onun adının Üzeyir bəyin adının yanında hallanmasına belə razı ola bilmərəm, bu adam hətta ortabab müğənni də deyil, primitiv toy müğənnisidir... Elə poeziyaya baxış, münasibət də belədir. Borxes yazırdı ki, hər hansı bir yazıçı əlli səhifədə bir sözü təkrar edirsə o, artıq yazıçı deyil. Amma bizim şairlər nə edib və indi nə edirlər? Dörd misranın hər birində eyni sözü «müxtəlif» mənalarda təkrar edirlər – adına da böyük poeziya
Bu vaxta qədər insanlar heç olmasa özləri evlənirdilər, heç olmasa bu məsələdə bir müstəqillik göstərirdilər. İndi onlar özləri müstəqil şəkildə hətta bunu da etməyə həvəs göstərmirlər, telejurnalistlərin yanına qaçırlar.
deyirlər. Tamaşaçı xalq da belə nümunələri sevir, özü də necə...

DÜNYANI YERİNDƏN OYNADAN XƏBƏRİN SÜKUTU


Bir sayt dünyanı biri – birinə vurdu. Hamı ancaq bundan danışır. Amma bizi bu da təəccübləndirmədi. Qəzet köşklərinin qarşısında növbə görünmədi, bir qəzetin belə tirajı qalxmadı, internet – klublarda tünlük olmadı... Çox qəribə bir tendensiya var bu ölkədə. Ölkə bir neçə adamın öhdəsinə buraxılıb, bir qrupa həvalə edilib, onlar nə edir, heç kimə maraqlı deyil. Əvvəllər bəzi ata və analar deyirdi ki, hələ məktəbdən riyaziyyatdan zəhləm gedir. İndi bizim insanlar da özlərini belə aparırlar, sanki həmişə siyasət imtahanından iki alıblar, bizim dildə desək, kəsiliblər. Heç baş qoşmaq da istəmirlər. Müxalif partiyalar sonradan özləri də etiraf etdilər ki, sonuncu parlament seçkisinə əhalinin yarıdan çoxu gəlməmişdi. Amma verilişlərə gəlirlər, konsertləri heç buraxmırlar, hamısı da şeir yazır... Sükutu ancaq musiqi sədaları və bir də şeir beytləri pozur. Hələ mən televiziya vasitəsilə evlənənləri və boşananları demirəm, hazırda bütün telekanallar məxsusi belə verilişlər açıblar. Bir detala aydınlıq gətirmək istəyirəm. İnsanlar arasında kommunikasiyanı az da olsa asanlaşdıran vasitələr məqbuldur. Amma məgər efirdən kənarda bir həyat yoxdur? Bu vaxta qədər insanlar heç olmasa özləri evlənirdilər, heç olmasa bu məsələdə bir müstəqillik göstərirdilər. İndi onlar özləri müstəqil şəkildə hətta bunu da etməyə həvəs göstərmirlər, telejurnalistlərin yanına qaçırlar.

ALTINCI HİSS VARMI?


Tamaşaçı xalqın ən çox sevdiyi bir mövzu da sırf məişət münasibətləridir. Amma daha bir mövzu da var – ekstrasenslər. Ekstrasenslər artıq saylarına görə şairləri də, musiqiçiləri də geridə qoyublar. Telekanallar da onlara gen – bol efir verir...

Dərindən fikirləşəndə bu tamaşaçı insanların siyasətə və fəal ictimai həyata marağının az olmasının səbəbini başa düşürsən – axı bunlar öz problemlərinin həllini haradasa göylərdə axtarırlar. Onların yadına heç dövlət, heç onun məmurları düşürmü? Bu xalq öz bəlasının çoxunu da «qurd yağı»nda görür. Təsəvvür edirsinizmi? 21 –ci əsrdə yaşayırıq guya! Dayan, deyirəm, bəlkə, bizim insanlara siyasətə qarşı «qurd yağı» sürtülüb? Yaxud məmurlar bu xalqın «dilini – ağzını bağlatdırıb», onlara «cadu» edib bəlkə?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG