Keçid linkləri

1930-cu illər idi. Mahatma Qandinin tərəfdarları Hindistanda bir-birinin ardınca iri kütləvi aksiyalar keçirirdilər. Almaniyanın kansleri Adolf Hitler Hindistandakı İngilis administrasiyasının yumşaqlığını başa düşə bilmirdi:

“Mən başa düşə bilmirəm, ingilislər bu Qandini niyə tutub asmırlar?”

QANDİ PROBLEMİ OLMAYAN ÖLKƏLƏR

Qandini asa bilmirdi ingilislər, çünki onun elan etdiyi dəyərləri Böyük Britaniyada bölüşən xeyli insan var idi. Dəyərlər sistemi eyniliyi var idi ortada. “Biz-onlar” bölgüsünü yaradıb Qandi tərəfdarlarına düşmən kimi hücum edə bilmirdi ingilislər. Məsələ
Amma bəzi rejimlər elə hakim elita yaradır ki, onlar dünya dağılsa belə, dəyişiklik zərurətini başa düşə biləcək adamlar deyillər
Hitlerdən asılı olsaydı...

Bu ssenarilər dəfələrlə sınaqdan keçib – Səddam Hüseynin İraqında, Hafiz Əsədin Suriyasında, son dövrlərdə isə İslam Kərimovun Özbəkistanında və ən nəhayət bir neçə gün əvvəlin Belarusunda. Bu ölkələrin diktatorlarının Qandi problemi yoxdur. Çox bərk getsə, tutub asırlar. Təbii ki, diktatorların uduzduqları vaxtlar da olur – Rumıniyada Çauşesku, Serbiyada Miloşeviç kimi. Onda da onları tutub öldürürlər. Yaxud da Qərbin demokratik ölkələrini çox bezdirəndə hərbi müdaxilə də eyni nəticəyə gətirib çıxarır: Hitler, Mussolini, Səddam. Bu adamların rejiminə son qoymaq üçün onların həyatına son qoymaq zərurəti yaranır.

İNQİLABDAN İNQİLABA FƏRQ VAR

Amma axı başqa inqilablar da olur. Çexoslovakiyada, Polşada, Baltikyanı ölkələrdə olan məxməri inqilablar kimi. Gürcüstanda, Ukraynada olan inqilablar kimi. Fərqi yaradan səbəb nədir? Qısaca cavab versək, yəqin ki, mədəniyyət fərqini qeyd etməli olacağıq. Dərinə varanda isə... Gərək dəyişiklik zərurətini, hakimiyyətin apardığı kursun dövrlə ayaqlaşmadığını təkcə aşağılar yox, həm də yuxarılar başa düşsün. Bu olanda hakimiyyətin qan tökmək niyyəti o qədər qəti olmur. Amma bəzi rejimlər elə hakim elita yaradır ki, onlar dünya dağılsa belə, dəyişiklik zərurətini başa düşə biləcək adamlar deyillər. Hitlerə başa salmaq çətin idi ki, bəlkə, Qandi elə düz deyir. Hitlerə görə Qandi tamam səhv yolda gedən aşağı irq nümayəndəsi idi və deməli... Deməli Qandini asmaq qərarını vermək belə adam üçün çox asan idi. Böyük Britaniya administrasiyası üçün isə məsələlər bu cür sadə deyildi. Buna görə də Hitler ingilisləri, ingilislər isə Hitleri başa düşmürdülər.

LUKAŞENKO SİZİ BEZDİRMƏYİB?

Belarusdakı qarşıdurmanın videogörüntüləri çox maraqlı detallar verir. Başına artıq dəyənək dəymiş və qanı axan keçmiş bir zabit əli dəyənəkli Lukaşenko polisinin qarşısında durub deyir:

“Biz dəyişiklik istəyirik. Məni vurmaq istəyirsən, vur. Mən səni vurmayacağam. Ciddi sözümdür, vur. Mən ordu yolu keçmişəm. Zabitəm”. Arxadakı kütlədən isə kim isə qışqırır: “Yəni o (yəni Lukaşenko) sizi bezdirməyib?” Görünür bezdirməyib. Polis həmin an nümayişçini vurmasa da, sonra da əli titrəmir. Camaata divan tutulur.

Minsk meydanından alınan videogörüntülərə baxanda bir hiss adamı tərk etmirdi ki, sanki nümayişçi və polis ayrı-ayrı dillərdə danışırdılar. Biri digərini inandırmağa, sevgi ilə “tərki-silah” etməyə çalışırdı, digəri isə məsələni sırf fiziki güc müstəvisində dəyərləndirirdi – vursa nə olar, vurmasa? Nümayişçinin cavabına polisin təsvir etdiyim məntiqi prizmasından bir də nəzər yetirin: “... Vur.... Mən səni vurmayacağam...” O da vurur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG