Keçid linkləri

“Hələlik elə ixtisaslar, peşələr var ki, orada az sayda olsa da, qiyabi təhsili saxlamalıyıq”.

Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

M. Mərdanov qiyabi təhsilin yaxın vaxtlarda tam ləğvi ilə bağlı mətbuatda onun adından səslənən fikirlərin düzgün olmadığını da deyib:

“Yaxın gələcəkdə şərait yaradılanda qiyabi təhsil bütövlükdə distant təhsillə əvəz olunacaq”.

Nazir onu da əlavə edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin qiyabi təhsil formasının ləğv ilə bağlı söylədiyi fikirlər Təhsil Nazirliyin fikri ilə uzlaşır. /APA/

Şərhləri göstər

XS
SM
MD
LG