Keçid linkləri

Tələbə-jurnalist, “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlovun Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) və onun rektoru Siyavuş Qarayevə qarşı qaldırdığı ikinci məhkəmə iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. Bu barədə məlumatı jurnalistin vəkili, Media Hüququ İnstitutunun hüquqşünası Fariz Namazlı məlumat verib.

Məhkəmənin hazırlıq iclası yanvarın 6-sı, saat 10:30-a təyin edilib. Prosesə hakim Xumar Mərdanova sədrlik edəcək.

“Yeni Müsavat” qəzetinin əməkdaşı olan Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, mətbuatda verdiyi açıqlamalar və 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təzyiqə məruz qalıb və ali məktəbdən xaric olunub. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsində ADNA və onun rektoru Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 5 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. Apelyasiya Məhkəməsi də ilkin qərarı qüvvədə saxlayıb.

Şərhləri göstər

XS
SM
MD
LG