Keçid linkləri

Azərbaycan Təhsil Nazirliyi paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması təklifi ilə çıxış edib.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib:

“Məsələn, Mingəçevirdə də, Bakıda da texniki universitet var. Mingəçevirdəki Texniki Universitetdə qəbul üçün balların aşağı salınması lazımdır. Amma bu təklifin qəbul edilib-edilməyəcəyi barədə hələ ki, nə isə deyə bilmərəm”.

M. Mərdanov ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan məcburi köçkün tələbələrin ödənişdən azad olunduqlarını xatırladaraq “biz istəyirik ki, bunun üçün büdcədə kompensasiya nəzərdə tutulsun” deyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu məsələyə baxıla biləcəyini deyir, amma hesab edir ki, əslində müsabiqəyə buraxılma balının aşağı salınmasından söhbət gedə bilər:

“Çünki hansısa ali təhsil müəssisəsinə qəbul zamanı balın müəyyənləşdirilməsi abituriyentin topladığı baldan asılı olur. Yəni bu öz-özünü tənzimləyən bir prosesdir. Təcrübə də göstərir ki, paytaxtdan kənarda yerləşən ali məktəblərə daha aşağı balla qəbul olurlar, nəinki Bakıda yerləşən təhsil müəssisələrinə”.

Şərhləri göstər

XS
SM
MD
LG