Keçid linkləri

“Azərbaycanın təhsil sistemi üçün 2010-cu il uğurlu olub”. Bunu jurnalistlərə dekabrın 28-də təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, növbəti illərdə də dövlət proqramlarında nəzərdə tutulan tədbirlər yerinə yetiriləcək:

“Bu, o demək deyil ki, nəzərdə tutduğumuz işlərin hamısını istədiyimiz səviyyədə başa çatdıra bilmişik. Başa çatmayan, başa çatdırılması mümkün olmayan məsələlər də var. Amma bütövlükdə düşünürəm ki, 2010-cu il Azərbaycanda təhsil sahəsində ən uğurlu illərdən biri kimi tarixə düşüb”.
XS
SM
MD
LG