Keçid linkləri

Təcili xəbərlər

Nazirlik magistrlara hərbi xidmətdən möhlət verməyi təklif edir


Misir Mərdanov
Misir Mərdanov
Azərbaycan Təhsil Nazirliyi "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna dəyişikliklərin edilməsi barədə təkliflər hazırlayır. Bu barədə Trend-ə təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, təkliflərdə magistraturaya qəbul olan bakalavrların təhsillərini başa vurana qədər hərbi xidmətə çağırılması praktikasından imtina öz əksini tapacaq.

Hazırda magistraturaya qəbul olan bakalavrlar hərbi xidməti keçdikdən sonra bu mərhələdə təhsillərini davam etdirirlər.

Azərbaycanda "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna dəyişikliklər ediləcək. Bir müddət əvvəl Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov deyib.
Novruzovun sözlərinə görə, xaricdə təhsil alanların, aspirantların hərbi xidmətə cəlb olunması məsələsi bu qanunda əks olunacaq.

Hazırda qüvvədə olan qanun 1992-ci ildə qəbul edilib.
XS
SM
MD
LG