Keçid linkləri

İstərdim oxucularla Azərbaycanın neft gəlirlərini (söhbət hasilatın pay bölgüsü sazişləri çərçivəsində Neft Fonduna daxil olan vəsaitlərin xərclənməsindən gedir) indiyə qədər hansı sahələrə yönəltməsi ilə bağlı informasiyaları bölüşüm. Elə hər bir vətəndaş da öz payını bu məlumatlar arasında tapmağa çalışsın.

Keçək rəsmi rəqəmlərə. Qeyd edim ki, Neft Fondu Azərbaycanda 29 dekabr 1999-cu ildə yaransa da, o, əməli fəaliyyətə yalnız 2001-ci ilin II rübündən başlayıb. Fondan vəsaitlərin xərclənməsi də öz tarixini həmin ildən götürür. Yəni neft vəsaitlərinin xərclənməsinin ilk 10 ili artıq başa çatıb. Qısacası onu demək olar ki, bu müddətdə Azərbaycan dövləti $46 mlrd-dan artıq neft gəliri əldə edib və indiyə qədər onun yarıdan çoxunu xərcləyib: 1 yanvar 2011-ci il tarixinə Neft Fondunun qalıq aktivləri $22 mlrd 766.8 mln təşkil edib.

Baxaq görək bu vəsaitlər hara xərclənib:

Azərbaycan Dövlət Neft Fondundan xərcləmələr (mln. manat):

2001-ci ildən 1 yanvar 2011-ci ilə qədər

2011-ci il üçün proqnoz

qaçqınların və məcburi köçkünlərin sosial-məişət problemlərinin yaxşılaşdırılmasına

717.8

110.0

Bakı-Tbilisi-Ceyhan neft kəmərində Azərbaycanın payının maliyyələşdirilməsi

297.7

-

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi

60.5

80.215

Samur-Abşeron suvarma sisteminin maliyyələşdirilməsi

564.1

110.0

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin maliyyələşdirilməsi

678.4

33.446

Dövlət büdcəsinə transferlər

16 180.0

6 480.0

Azərbaycan Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi

90.0

-

Azərbaycan Dövlət Neft Şirkətinə əvvəllər ona çatmalı olan mənfəət neftindən gələn gəlirlərə görə ödəmələr

87.6

-

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi layihəsi

19.8

15.0

Fondun idarəetmə xərcləri (2011-də artım yeni 23 mərtəbəli inzibati binanın tikilməsi ilə əlaqəlidir)

10.1

57.494

Cəmi

18 706.0

6 886.155


Neft Fondunun xərcləri 2001-ci ildə cəmi 720 min manat (hesablamalar ancaq yeni manatla göstərilib) olub və gəlirlərin heç 1%-ni də üstələmirdi. 2002-ci ildə xərclər 8.622 mln manatadək (gəlirlərin 29.2%) yüksəlməyə başladı. Bir il sonra isə artıq Fonddan 235.2 mln manat vəsait xərcləndi. 2004-cü ildə Fonddan xərcləmələr 141.623 mln manatadək azaldısa da, 2005-ci ildə 324.859 mln manat, 2006-cı ildə isə 981.376 mln manat oldu. Neft Fondunun tarixində yeganə il idi ki, onun xərcləri gəlirlərini üstələyirdi. İlk dəfə olaraq 2007-ci ildə xərcləmələr 1 milyardlıq «psixoloji həddi» aşdı - 1 mlrd 61.2 mln manat. 2008-ci ildə Fonddan xərcləmələr düz 4 dəfə artırılaraq 4 mlrd 291.8 mln manatadək artırıldı. 2009-cu il dünyada iqtisadi böhran hökm sürsə də, Fonddan xərcləmələr azalmadı və yüksəlməkdə davam etdi – 5 mlrd 294.5 mln. Ötən il isə xərcləmələrin həcmi rekord həddə çatdı – 6 mlrd 386.5 mln.

Neft Fondundan illik xərcləmələrin gəlirlərə nisbəti cədvəli

2001

2002

2003

2004

2005

2006

2007

2008

2009

2010

1%

29.2%

64.9%

50.3%

34.3%

101.3%

56.7%

36.2%

64.7%

48.8%


Beləliklə, Azərbaycan 2001-ci ildən 2011-ci ilədək Neft Fondundan 18 mlrd 706 mln manat vəsaiti xərcləməyə müvəffəq olub ki, bu da Neft Fonduna ümumi daxilolmaların təqribən 51%-ni təşkil edib.

Şərhləri göstər

XS
SM
MD
LG