Keçid linkləri

ABŞ prezidenti Barak Obama aparıcı internet şirkətlərinin rəhbərləri ilə görüşüb.

Fevralın 17-də Kaliforniya ştatında baş tutan görüşdə «Facebook» sosial şəbəkəsinin rəhbəri Mark Zuckerberg, «Google» rəhbəri Eric Schmidt və «Apple» şirkətinin yaradıcısı Steve Jobs iştirak edib. Görüşə bir sıra tanınmış biznesmenlərlə yanaşı «Twitter», «Yahoo! », «NetFlix» və «Oracle» şirkətlərinin rəhbərləri və Stanford Universitetinin prezidenti də qatılıb.

«Associated Press»in məlumatına görə, görüş qapalı keçirilib. Barak Obama alternativ enerji, təhsil, yüksək sürətli internet və digər proqramlar üçün milyardlarla dollar ayırmaq istədiyini açıqlayıb. Baxmayaraq ki, onun irəli sürdüyü yeni büdcə layihəsində daxili xərclərin bu maddələrinə moratorium təklif edilir.

Prezident iddia edir ki, məqsədli dövlət xərcləri, həmçinin yeni iş qüvvəsinin yaradılmasına yönəldilmiş maarifləndirici təşəbbüslər başqa ölkələrlə ABŞ-ın gələcək rəqabətə davamlılığının yaradılmasında həlledici qiymətə malikdir.

Barak Obama yaxın zamanlarda «Intel Corporation» rəhbərliyi ilə də görüşməyi planlaşdırır.

Şərhləri göstər

XS
SM
MD
LG