Keçid linkləri

«The Wall Street Journal» qəzetinin bloqunda dünya ölkələrinin etiraz potensialı indeksi (Introducing the Revolting Index) yer alıb. Siyahını tərtib edən müəllif etiraz ola biləcək ölkələrdə iqtisadi və sosial vəziyyətləri nəzərə aldığını qeyd edir. Siyahı hazırlanarkən BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksi və «Transparency International»ın korrupsiya cədvəlinə istinad edilir.

Siyahıda etirazların baş verə biləcəyi ehtimal olunan ölkələrin adları qeyd olunur. 85 ölkə arasında Azərbaycan 10-cu yerdədir. İlk onluqda yer alan ölkələr:

1. Keniya
2. Kamerun
3. Pakistan
4. Nigeriya
5. İndoneziya
6. Filippin
7. Qvatemala
8. Mərakeş
9. İordaniya
10. Azərbaycan

LİVİYANIN AZƏRBAYCANLA OXŞARLIĞI?

«Liviyanın bayrağı Azərbaycanın bayrağına çox oxşayır. Liviya bayrağındakı ay və ulduz da üç rəngin fonunda çox gözəl görünür. Bu iki ölkə araasında başqa paralellər də aparmaq olar. Hər iki ölkənin tarixində də çox oxşarlıqlar var»- deyə Abbasov yazır.

Bloqçu qeyd edir ki, Liviya diktatoru Kaddafi indi son günlərini yaşayır:

«İnsanlar elə bil uzun illər onları qorxu içərisində saxlayan diktatorların nə qədər zəif, yaramaz və gücsüz olduqlarını indi dərk ediblər. Kaddafi dünyanın ən qəddar diktatorlarından biri idi. O öz ölkəsinə əsil polis rejimi yaratmışdı. Amma, indi məlum olur ki, bir adamın uzun illər hakimiyyətdə qalmasının əsas günahkarı elə ona boyun əyənlər imiş. Yəni demək istəyirəm ki, diktatorları insanlar yaradır. Yoxsa, insan niyə qudursun ki?».

ALTERNATİV SİYASİ GÜC MƏRKƏZLƏRİ

Anar Məmmədli yazır ki, son həftələr gündəmi zəbt edən antikorrupsiya «kampaniyası» nın səbəbləri ilə bağlı çeşidli mülahizələr irəli sürülür; gah Yaxın Şərqdəki inqilablarının yaratdığı rahatsızlıq, gah beynəlxalq maliyyə qurumları qarşısında öhdəliklər, gah da ölkədəki sosial narazılıqlara istinad edilir:

«İlk iki səbəblə müqayisədə, sonuncu amilin bu «kampaniyaya» rəvac verdiyinə inanmaq çətindir. Bu günlərdə İlham Əliyev bir neçə rayonun icra başçısı vəzifələrinə təyinatlarıyla hakimiyyətin sosial narazılıqlardan qayğılanmadığını göstərdi. Məsələn, Yevlaxı feodal qanunlarla idarə edərək, rayondan yüzlərlə insanı didərgin salan Yelmar Vəliyev Gəncə kimi böyük şəhərə icra başçısı təyin edildi. Yaxud Əhəd Abıyevin Daşkəsənə icra başçısı təyin edilməsi... Bu təyinatları ya ölkədə sosial narazılıqların olduğuna inanmamaq, ya da sosial narazılqılarla hesablaşmamaq kimi qiymətləndirmək olar...».

ÇALXALANAN DEMOKRATİYA

Rəşad Babalı da inqilablardan yazır:

«K.Marks kommunizmin hakim olması üçün bütün dünyanın sol dönməyini şərt qoşmuşdu. Bu məntiq demokratik sistem üçün də geçərlidir. Ətrafı totalitar üsulla idarə edilən ölkələrlə əhatə olunan dövlətlərdə gec tez demokratiyadan azalma müşahidə olunur.
Məsələn Türkiyə. Qardaş ölkənin ictimaiyyəti Azərbaycandakı diktaturanı görmədi və ya görmək işlərinə gəlmədi. indi də biz onlar üçün ekzotik bir ölkəyik. «Yahşi cazibə», «kafkaz oyunları», «petrol» və s kimi sudan ucuz şeylərlə tanıyırlar bizi. Siyasətdə də Ə. Elçibəy və H. Əliyevdən o tərəfə bilgi yoxdur».

«AZƏRBAYCAN ÜÇÜN HAZIRKI YOL ƏN MƏQBUL YOLDUR»


«Azərbaycan xarici siyasi identikliyini müəyyənləşdirərək, bəzi dövlətlər kimi nə sırf Qərbyönlü, nə sırf Şərqyönlü, nə də «böyük qardaş» axtarışları kimi istiqamətlərlə məhdudlaşmayaraq, özünü təmin edən dövlət kimi müstəqil siyasi qərarlar vermək imkanlarını hədsiz genişləndirmişdir».

Elnur Aslanov belə yazır və əlavə edir:

«Bəzən təhlilçilər bunu paradoksal siyasət adlandırırlar. Regionun dünya geosiyasəti üçün əhəmiyyətinin artmasını nəzərə alaraq tərəfdaşları «dost, yaxud düşmən» olanlara bölməklə mövqeyini dəqiqləşdirməyi təklif edirlər. Azərbaycan bu mövqeləri qəbul etmir. Proseslərə milli maraqlar və beynəlxalq münasibətlərin qlobal inkişaf meyillərini nəzərə almaqla yanaşan Azərbaycan üçün hazırkı yol ən məqbul yoldur».

Vəfa Cəfərova, Turalfot, Raufrey kimi bir çox bloqqer Xocalı faciəsi barədə yazmağı unutmayıblar.

Şərhləri göstər

XS
SM
MD
LG