Keçid linkləri

«Google» korporasiyası videoların keyfiyyəti üzrə ixtisaslaşan «Green Parrot Pictures» şirkətini alıb. Bu şirkətdən "YouTube" portalına yüklənən videoların optimallaşdırılmasında istifadə olunacaq. Bu haqda YouTube-un bloqunda xəbər verilir.

Məlumatda qeyd edilir ki, çoxlu sayda həvəskar istifadəçilərin «YouTube»-a yüklədiyi videoların əlavə emala ehtiyacı olur. Bloqda misal olaraq Tunis, Misir və Liviyadan mobil telefonların köməyi ilə çəkilmiş videolar göstərilir.

«Green Parrot» bu cür videoları sabitləşdirərək, işıq ləkələrindən və başqa qüsurlardan təmizləmək, həmçinin bu sistem videonun optimal parlaqlığı və kontrast təsviri (ağ-qara) keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq imkanına malikdir.

«YouTube» dünyada məşhur videohostinqdir. Hər dəqiqə istifadəçilər tərəfindən «Youtube»a 35 saatlıq video yüklənilir.

«YouTube»-a yüklənən videolar «YouTube»-un əsas səhifəsindən başqa dünyanın ən məşhur saytları olan Google və Facebook saytlarında yayımlana bilir.

«YouTube» şirkəti 15 Fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuşdur.

Şirkət 9 oktyabr 2006-cı ildə 1,65 milyard dollara «Google» tərəfindən satın alıb.

Şərhləri göstər

XS
SM
MD
LG