Keçid linkləri

Təcili xəbərlər

«İnternet Explorer 9» a maraq böyükdür


Martın 14-də satışa çıxan «Windows İnternet Explorer 9» brauzerinə maraq böyükdür. Artıq birinci gün 2,3 milyondan çox istifadəçi brauzeri yükləyib. Bu barədə «Windows»-un rəsmi bloqunda məlumat yerləşdirilib.

«Microsoft» brauzerinin son versiyası 14 martda satışa çıxıb.

«IE9»-un son buraxılışı iki dəfə daha aktiv yüklənir.

StatCounter xidmətinin məlumatlarına görə, «İnternet Explorer» brauzerlər arasında 45 faizlə dünyada ən məşhur brauzerdir. İkinci yerdə 30 faizlə «Mozilla Firefox», üçüncü yerdə isə 16,5 faiz göstəricilərlə «Google Chrome» gəlir.

Hələ ki, birinci gün ərzində yükləmələrin sayına görə rekordu «Firefox 3.0» brauzerini saxlayır. 2008-ci ildə buraxılmış «Firefox 3.0» brauzeri 24 saat ərzində 8 milyondan çox internet istifadəçisi tərəfindən yüklənilmişdir.
XS
SM
MD
LG