Keçid linkləri

Təcili xəbərlər

11 martdan sonra…


Elnur Məcidli 11 mart aksiyasından sonra baş verənləri təhlil etməyə çalışıb. «Böyük Xalq Günü»nün təşkilatçısı olan bloqçu yazır:

«Fikrimcə 11 Mart aksiyası olduqca uğurlu oldu, provakasiyalardan uzaq, dinc aksiya formatında baş tutdu. 11 Mart öncəsi başlayan həbslər, eyni gündə də davam etdi. 11 Martda 25 gənc həbs edildi, bir qismi həmin gün axşam buraxıldı, bir qisminə də həftəlik həbs verildi...

Həm aksiyadan öncə, həm də sonra 11 Mart – Böyük Xalq Günüylə bağlı müxtəlif fikirlər səsləndi, hələ də davam edir. Bu günlə bağlı müsbət və mənfi reaksiyalar, tənqidlər, təriflər və s. oldu. Hətta 11 marta qədər «insanları qırğına verirsiniz» deyənlər həmin gün niyə insanlar küçələrə çıxmadı deyə bizi tənqidə başladılar.

11 Martı bu qədər populyar və müzakirə mövzusu edən uzun aradan sonra XALQın öz böyüklüyünü görmə və göstərmə istəyi idi...11 Mart artıq bir tarixdir».

ZİRZƏMİDƏ YAŞAYAN EYNULLA FƏTULLAYEV

Etibarlı adlı bloqçu martın 2-dən bəri yarım zirəmi şəraitində, rütubətli yerdə, təmiz havadan təcrid vəziyyətdə yaşayan jurnalist Eynulla Fətullayevdən yazır:

«Üz-gözünü tük basıb, əsəbləri pozulub, aramsız öskürür, xırıltılı nəfəs alır, hər dəqiqədə bir qurtum su içir ki, nəfəsi kəsilməsin. Bir tərəfdən də zəhrimar siqaret ona aman vermir.

Məhbus jurnalistin həyatı təhlükədədir. Karserdən çıxmamaqla canına qəsd edir Eynulla. Artıq bütün işləri bir kənara qoyub Eynulla barədə düşünmək, ancaq Eynulladan yazmaq, Eynulladan danışmaq lazımdır. Onun halı filmlərdə gördüyümüz hərbi əsirlərin halına bənzəyir! Jurnalisti xilas etməliyik!».

«DİKTATORLARIN SEVMƏDİYİ HİSS - ÖZÜNƏ İNAM»

«Xalqı dolayanlar, ələ salıb yerin dibinə salanlar son 2 aksiyadan sonra peşman olduqlarını yarı minnətli, yarı səmimi dilə gətirirlər. İnsanların Avtobusa minib düşməsini, bəzi mental dəyərlərini əldə bayraq edib «bu xalq düzəlməz» deyənlər «hayal kırıklığına» uğrayıb. Tezisləri özünü doğrultmur». Bu fikirlərin sahibi Rəşad Babalıdır.

Bloqqer daha sonra qeyd edir: «Son 2 aksiyada hamı 1 şeyi vurğulayır ki tanımadığımız insanlar çoxuydu. Bunlar indiyə qədər haradaydı? Məncə elə bəyənmədiyiniz xalqın içində.

İndiki anda ehtiyacımız olan insanların özlərinə inamdı. Bu xalq 1988-də bu hakimiyyətdən də güclü strukturlari olan SSRİ-yə qarşi gəlmişdi».

«AZƏRİPOÇT QƏDƏR MİSTİK YER TAPA BİLMƏRSİZ»


Vəfa Cəfərova bu dəfə Azərbaycanda Türkiyəyə göndərilən bağlamanın 2 ay yolda qalmasından yazır:

«Yeni il öncəsi anam mənə sevdiyim, amma Türkiyədə tapılmayan təamlardan göndərmək qərarına gelir. Sovqatları poçta aparır, 30 manat da verib, sevinclə evə qayıdır. Onu da deyim ki, təcrübəli «posılka» göndərən valideynlər çoxdan poçtla heç nə göndermir. Avtobus şoferlərinə onca manat ödeyib sovqatlarını ikicə günə övladlarına çatdırırlar. Mənim anam ise her şeyi qayda qanunla etmək istəyib. Hardan bilsin ki…bu qərarına görə başı nələr çəkəcək. Uzun sözün qısası yeni il oldu, iki həftəyə gəlməsi lazım olan bağlama gəlib çıxmadl. İki aya da gəlmədi. Anam şikayətə getdi poçta. Orda ondan iki manat daha bağlamanı axtarışa vermek üçün pul istədilər. Anam o puluda ödedi. Bir hefte evvel poçtdan zəng gelib ki, tez olun bura gəlin. Anam poçta gedib bağlamanı tapıldığını, geri almaq üçün ondan 14 manat pul tələb ediblər! Göndərilmiş və ünvana çatmamış bağlamanı yiyəsinə qaytarıb bunun üçün arsız – arsız pul istəmək hökümətimizin yeni analoqu görülməyən uğurlu daxili siyasətinin yəqin bir parçasıdır…»
XS
SM
MD
LG