Keçid linkləri

Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. APA-nın məlumatına görə, buna misal olaraq nazir «Skype» sistemini göstərib: «Bu sistem bir çox ölkənin elektron təhlükəsizliyi üçün müəyyən təhlükə yaradır ki, Azərbaycan da istisna deyil».

«BlackBerry»yə gəldikdə isə Əli Abbasov bildirib ki, bu smartfonlar vasitəsilə abunəçilərin yararlandığı xidmətlər ölkənin elektron təhlükəsizliyinə heç bir xələl gətirmir: «Ümumiyyətlə, Azərbaycanda təhlükəsizliyin yaxşılaşdırılması istiqamətində ciddi işlər görülür».

RUSİYADA «SKYPE»VƏ «GMAİL» QADAĞAN EDİLƏ BİLƏR

Bir neçə ay öncə Rusiya Federal Təhlükəsizlik Xidməti «Skype» sisteminə nəzarət edə bilmədiyini açıqlamışdı.

RiaNovostinin məlumatına görə, Rusiya təhlükəsizlik qurumları milli təhlükəsizliyin təhdid edildiyini və «Skype», «Gmail», «Hotmail» xidmətlərini qadağan edilməsini təklif etmişdir.

O zaman Rusiya İnformasiya və Kommunikasiya nazirlinin müavini İlya Massux saytların qadağan edilməsi haqda demişdir ki, saytları bağlamaqla nəyəsə nail olmaq olmaz.

«Skype» səsli və görüntülü danışmağa imkan verən kompüter proqramıdır. «Skype» istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqları edə bilirlər.

Şərhləri göstər

XS
SM
MD
LG