Keçid linkləri

Bir neçə ay öncə Rusiya Federal Təhlükəsizlik Xidməti «Skype», «Gmail» və «Hotmail» xidmətlərində yazışmalara nəzarət edə bilməməsini etiraf etmişdi. Federal Təhlükəsizlik Xidmətinin xüsusi əlaqə mərkəzinin müdiri Aleksandr Andreçkin internet xidmətlərin Rusiya təhlükəsizliyi üçün təhdid adlandırmış, belə xidmətlərin nəzarətsiz istifadəsi Rusiyanın təhlükəsizliyini sual altına qoya biləcəyini demişdir.

Bir neçə gün öncə isə Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov «Skype» sisteminin bir çox ölkənin elektron təhlükəsizliyi üçün müəyyən təhlükə yaratdığını deyib. Nazir Azərbaycana da təhlükə ola biləcəyini açıqlayıb.

NİYƏ MƏHZ SKYPE?


Qapalı cəmiyyətlər üçün «Facebook», «Twitter» («Youtub»-da bura daxil etmək olar) şəbəkələri «Skype»-dan daha təhlükəli hesab edilir. Çünki bu şəbəkələrdə müzakirələr, şərhlər, paylaşılan videolar on minlərlə oxucu, izləyici tapa bilir. Sosial şəbəkələr heç zaman inqilab hazırlamır. Sosial şəbəkələrdə yayılan video, foto kimi alternativlər minlərlə insan tərəfindən baxılır və insanları düşünməyə vadar edir.

Müqayisədə «Skype»-ın çoxluğa təsir imkanları bir az məhduddur. Üstəgəl paylaşmaq və şərh yazmaq da «Skype» sisteminə yaddır.

«Facebook», «Twitter»-də yazdıqlarına görə dünyada həbs edilən onlarla insan var. Sosial şəbəkələrdən istifadəyə görə İranda, Çində minlərlə insanın təqibə, təyqizə məruz qaldığı deyilir. «Skype» isə bu «yarışda» gedirə qalır.

Sual edilə bilər. Niyə məhz «Skype» hökümətlər üçün təhlükə, təhdid yaradır?

Ola bilər ki, xususi xidmət orqanları sosial şəbəkələrə nəzarət edə bilmirlər. Və qəsdən «Skype»-ə nəzarət edə bilmədiklərini deməklə, internet istifadəçilərini «Skype»-a yönəldirlər, istədikləri informasiyaları ordan «öyrənirlər».

«GOOGLE» VƏ «FACEBOOK» «SKYPE»-İ XİLAS EDİR?

Bir neçə gündür ki, İT saytları «Google» və «Facebook» kimi internet nəhənglərinin «Skype» xidmətini alacağı barədə xəbərlər dolaşır. Şirkətlər arası danışıqları hələlik heç bir tərəf təsdiq etmir. Bəzi mütəxəssislər «Skype» sistemini 3 milyard dollar civarında qiymətləndirirlər.
XS
SM
MD
LG