Keçid linkləri


Azərbaycanda neft gəlirlərinin aktiv şəkildə xərclənməsinə 2007-ci ildən başlanılıb. 2007-2010-cu illərdə Neft Fondunda cəmləşən neft gəlirlərindən 17 mlrd 33 mln vəsait xərclənib. Bunun 37,5% və ya 6 mlrd 385,5 mln manatı təkcə 2010-cu ildə xərclənib. Cari ildə isə daha 6 mlrd 886 mln 155 min manatın xərclənməsi planlaşdırılır.

Ancaq şox güman ki, hökumətimiz neft gəlirlərindən olan xərcləmələrə bu il yenidən baxacaq. Çünki artıq anons edilib ki, dövlət büdcəsinin xərc hissəsi 1 mlrd. manat artırıla bilər və məsələ yaxın günlərdə öz təsdiqini tapmalıdır.

Digər tərəfdən Azərbaycanın "Eurovision-2012"-yə ev sahibliyi etməsi gündəmə gəlib və bu layihənin uğurla başa vurulması üçün elə iyun ayından hazırlıq işlərinə başlanılmalıdır. Təbii ki, bütün bunlar vəsait tələb edən layihələrdir. Hökümət üçün isə vəsait mənbəyi, mən deyərdim yegamə ümid yeri Neft Fondunun sərvətidir.

Yəni Azərbaycanda neft gəlirləri nə qədər çox artırsa, onun dah xərclənməsinə start verilir.

ARDNF-dan xərcləmələrin dinamikası (min manatla)

2001

800

2002

86 800

2003

236 000

2004

163 500

2005

233 000

2006

981 400

2007

1 061 200

2008

4 291 800

2009

5 294 500

2010

6 385 500

Cəmi

18 734 500

2011 (proqnoz)

6 886 155


Azərbaycan Respublikası Dövlət Neft Fondunun saytında maraq kəsb edəcək bir fikir yerləşdirilib: “Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”. Özü də bu sətirlərin müəllifinin kemiş dövlət başçısı Heydər Əliyev olduğu bildirilir.

Həqiqətən, yerində deyilmiş sözlərdir. Ancaq bu fikir o zaman səslıənmişdi ki, Neft Fondundan xərcləmələrə təzəcə başlanılmışdı və Azərbaycanın Dövlət büdcəsinin xərc hissəsi heç 1 milyard dollar da təşkil etmirdi. O baxımdan indiki zamanda o deyimlərin fəlsəfəsindən heç də əhəmiyyətli bir şey qalmayıb.

Bunlara da nəzər salın
Əvvəla, neft gəlirlərinin indiki nəsillə gələcək nəsillər arasında adalətli bölgüsü (yəni yarıbayarı) artıq pozulub, çünki dövlət başçısının 27 sentyabr 2004-cü il sərəncamına görə, gələcək nəsillər ən yaxşı halda indiki neft gəlirlərinin 1/4 –nə ümid bəsləyə bilərlər.

İkincisi, neft xalqın sərvəti elan edilsə də, heç də xalqın bütün təbəqələri arasında bərabər bölüşdürülmür.

Gəlirin Azərbaycan bölgüsü

Özü də bu bölgü arasındakı uçurum ildən-ilə dərinləşməkdədir.

Məsələn, Azərbaycanda 1,3 mln nəfərdən artıq təqaüd alan var. Azərbaycanda orta təqaüd 120 manatdan bir qədər artıq olduğu halda 2 minə yaxın insanın orta aylıq təqaüdü 1000 manatdan yuxarı (bu təbəqənin bir qrupununku isə 1500 manatdan da çoxdur) olub.

Nəzərə alsaq ki, hazırda minimum təqaüd Azərbaycanda ayda 85 manat təşkil edir, onda cəmiyyətdə qeyri-bərabərliyin hansı səviyyədə olması bir daha aydın olar.
...gələcək nəsillər ən yaxşı halda indiki neft gəlirlərinin 1/4 –nə ümid bəsləyə bilərlər...
Özü də təqaüdü yüksək olanların əksəriyyətinin Müstəqil Azərbaycan dövləti qarşısında faktiki olaraq heç bir şücaəti və əməyi olmayıb, onların çoxu Sovet dönəmində Kommunist Partiyasının rəhbər orqanlarında təmsil olunmuş şəxslərdir və siyasi baxışlarına görə adətən Kremlin mövqeyini dəstəkləyənlərdən olublar.

Bundan başqa, Prezident təqaüdçüləri arasında bu gün çoxlu sayda insan var ki, onların ümumiyyətlə bu yardıma ehtiyacları yoxdur: onların arasında hətta yarım saata 2 min manat qazanan şou əhlinin nümayəndələri də var.

Bundan əlavə, olkədə orta aylıq əmək haqqı 325 manat elan edilib və hələ indiyə qədər açıqlanmır ki, əhalinin neçə faizi bu göstəricidən aşağı olmayan aylıq maaş alır. Heç dövlət büdcəsindən əmək haqqı alanlar arasında belə bu göstəriciyə yaxın əməmək haqqı aıanların çoxluq təşkil etdiyini demək olmaz. Çünki səhiyyə və təhsil işçilərinin, icra qurumlarında ali təhsilli insanlar belə qeyd edilən orta əmək haqqına “yaxın düşmək iqtidarında” deyillər.

Ancaq bunun əvəzində orta təhsili olan polis serjantı 500 manat və bundan yuxarı əmək haqqı almaq gücündədir. Cünki Azərbaycanda güc strukturlarının əmək haqları xüsusi dəst-xətlə hesablanır.

Prezident təqaüdçüləri arasında hətta yarım saata 2 min manat qazanan şou əhlinin nümayəndələri də var ...
Bütün bunları sadalamaqda deməyim budur ki, qara qızılın parasının Azərbaycanda hardan gəlib hara getməsi və necə xərclənməsi artıq əfsanəvi xarakter alır, yəni, bunların iqtisadi qayda-qanuna görə izahını və şərhini vermək getdikcə qəlizləşir və nəticədə əfsanələrdə dolaşan şeylərlə əhatələnir.

Məsələn, bir müddət əvvəl Azərbaycan mediası çox qızğın müzakirələr açmışdı ki, bir nazirin oğlu bir naharlıq ayı ətinin kababına 1 milyon vəsait ödəyib və ya başqa bir nazir bağındakı delfinlərinə Hind okeanından ayda bir dəfə su gətizdirtmək üçün beynəlxalq nəqliyyat şirkəti ilə çoxmilyonlu bir saziş imzalayıb.

Daha maraqlı layihələri isə hökumət özü gündəmə gətirir: ölkəsində 50 nəfər xizək sürməyi bacaran insanın olmadığı halda düz 5 ildir ki, hökumətin müvafiq qurumları Qusarın bir dağ kəndi yaxınlığında qış idman növləri üzrə dəqiq qiyməti bəlli olmayan bahalı bir kompleks tikir. Bu kompleksin hələ neçə ildən sonra layihə güçü ilə işləyəcəyi məlum olmasa da, Dövlət Neft Şirkəti artıq bir neçə adamın yaşadığı bu yerə qaz xətti çəkib (baxmayaraq ki, Bakı ətrafının tam qazlaşdırılması 2013-də başa şatmalıdır).

Buna bənzər layihə - Nargin adasında qiyməti 4,5 milyard dollara hesablanmış plandır. Burada yeddi piramida şəkilli turist mərkəzinin salınacağıni vəd edir. Milli Neft Şirkətimiz (necə də qürurla səslənir) yenə də hamıdan irəlidə gedərək heç kəsin yaşamadığı bu adaya həm qaz xətti çəkib, həm də su xətti – özü də su altı ilə.
ölkəsində 50 nəfər xizək sürməyi bacaran olmadığı halda düz 5 ildir ki, hökumət Qusarın bir dağ kəndi yaxınlığında qış idman növləri üzrə dəqiq qiyməti bəlli olmayan bahalı bir kompleks tikir...
Nəqliyyat nazirliyi isə düz 2 ildir ki, bir məsələ üzərində baş sındırır – Bakı buxtasının bu başından o başınadək analoqu olmayan bir asma körpü inşa etmək.

Məqsəd isə budur ki, Bakının yataq rayonları olan Əhmədli və Günəşli əhlinin ümummilli ticarət mərkəzlərinə (həqiqətən də millətin əksəriyyəti buradan həm dolanır, həm də dövlətdən asudəliyini hiss edir – heç bir kassa aparatı və gömrük tarifləri burada işləmir) – Binə və Sədərəyə rahat gedişini təmin etmək. Ancaq vətəndaşlardan körpüdən istifadəyə görə gediş haqqının alınması məsələsi problemli olduğundan, indiyədək məsələ havadan asılı qalımış haldadır.

Bəzi dairələr hesab edir ki, demosda pul olsa xaos yaranar

Bir sözlə, neftin dünya bazarlarında qiymətinin yenidən 100 dolları aşması Azərbaycan hökumətini elə pərvazlandırıb ki, artıq xalqın ondan qəpik-quruş istəməsi hökuməti yaman əsəbiləşdirib.

Bir ildə 16 milyard dollarlıq büdcə xərcləri olan hökumət hələ də Sovet dönəmindən qalma əmanətləri vətəndaşlarına qaytarmaq fikrində deyil. Hətta yoxsul Ermənistanın 2010-cu ildən öz vətəndaşlarına olan borcunu ödəməyə başlamaq qərarı da Bakını yerindən tərpənməyə vadar edə bilmədi. Çünki burada söhbət heç olmasa yaşı yetmişi haqlamış 10-15 min adama bir-neçə milyon manatın verilməsindən gedir.

Buradan axı nə gəlir ola bilər ki, məmurlar belə bir layihəyə HƏ desinlər? Elə Oguz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı boru xəttinin keçdiyi ərazilərdə hələ də heç bir kəndliyə kompensasiya verilməyib. Maraqlısı isə budur ki, həmin insanların bir çoxuna başqa yerlərdə analoji torpaq sahəsi təklif ediblər. Hələ yaxşı ki, həmin kəndlilərə torpağı kubmetrlə (məsələn, sənin sahəndən 5 kub torpaq çıxarmışdıq, indi o qədərini gətirib veririk) ödəməyiblər.

Beynəlxalq maliyyə qurumlarının ekspertləri hesablayıblar ki, Azərbaycan son 11 ildə neft müqavilələri çərçivəsində 50 milyard dollar gəlir əldə edib və 2011-2020-ci illərdə neftin dünya bazarında orta qiyməti 70 dollar olarsa, onda Azərbaycan növbəti onillikdə daha 150 milyard dollar xalis qazanca ümid bəsləyə bilər. Bəs görəsən bu qurumlar bircə dəfə də olsun hesablayacaqlarmı ki, gələn gəlirdən xalqa çatan nə olacaq?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG